Daha 8 nəfər sertifikat sahibi oldu.

“İlk Addımlar” komandasının korporativ müştərilər üçün həyata keçirdiyi informasiya texnologiya sahəsindəki web texnologiyanın proqramlaşdırması kursları artıq öz fəaliyyətinə başlayıb.

İlk təlimlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində keçirilib. “İlk Addımlar” layihəsinin təsisçisi Rəşad Əliyev tərəfindən tədris olunan kursun mövzusu “PHP” proqramlaşdırma dilinin birinci mərhələsi olub.Kursun sonunda test imtahanı keçirildi. Bu imtahandan səkkiz nəfər iştirakçı müxtəlif dərəcəli (qızıl, gümüş) sertifikatlarla təltif olundular. Onu da qeyd edək ki, MHM-də təşkil olunan kursun növbəti mövzuları Java Script, Ajax texnologiyası olacaq.

“İlk Addımlar” layihəsinin həyata keçirdiyi korporativ müştərilərə informasiya texnologiya sahəsindəki web texnologiyanın proqramlaşdırması kursları müxtəlif dövlət orqanlarının, şirkətlərin istəyi ilə təşkil edilir və kurs daxilində iştirakçılar İT (informasiya texnologiya) sahəsində biliklərini artıra və yeni təcrübə əldə edə bilərlər.

Layihə çərçivəsində dərslər layihə rəhbəri Rəşad Əliyev tərəfindən tədris edir. Gələcəkdə dərslər “İlk Addımlar” komandasının digər üzvləri tərəfindən keçiriləcək.

Aid olduğu bloglar

Ilkaddimlar.com

ilkaddimlar.com — Weboxu blogu

Oxucuları
76
Başlıqları
22
Reytinq
11.36

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər