“İlk Addımlar” layihəsindən “Virtual Muzdlu İş portalı”

Son zamanlar gündəmdə olan məsələlərdən biri əhalinin sosial – iqtisadi inkişaf proqramı çərçivəsində işsizliyin azaldılması istiqamətində müxtəlif işlərin aparılmasıdır. Hal- hazırda ehtiyacı olan sahibkarların muzdlu işçi axtarışında da çətinlik çəkmələri, bir çoxlarının muzdlu işçi axtarmaq üçün xarici ölkələrin resurslarından istifadə edərək qeyri-rezidentləri işlə təmin etməsi ölkəmizdə həmin işləri görə bilən insanların işsiz qalmasına səbəb olur.

“İlk Addımlar” layihəsinin təşəbbüsü ilə bu problemləri həll etmək üçün yeni bir proqramın qurulması planlaşdırılır.

Tələbə — gənclərdən başqa məhdud imkanlı (əlillər və sağlamlıq imkanları məhdud olan
vətəndaşlar) vətəndaşlarımızda öz bacarıqları çərçivəsində ev şəraitində görə biləcək işlərin
tapılmasında çətinlik çəkdikləri bir reallıqdır. Bu layihənin ilk növbədə məqsədi həmin insanlara iş tapmaqda kömək etməkdir. Digər tərəfdən isə layihə muzdlu işçi axtaran sahibkarlar üçün rahat axtarış vasitəsi, ölkə daxili muzdlu resurslardan səmərəli istifadə, axtarış vasitəsi olacaqdır.

Proqram çərçivəsində ilk iş həm sahibkar, həm də muzdlu iş axtaranlar üçün rahat və əlverişlilik baxımından cəlb edici internet səhifə qurulması olacaq. Bu layihə vasitəsilə istənilən sosial qrupa daxil olan vətəndaş öz bacarıqlarını sərgiləyərək, müəyyən kriteriyalara uyğun iş tapmağa nail olacaqdır.Proqram dünya təcrübəsinə əsaslanaraq geniş istifadə olunan internetdən yararlanaraq sahibkar və vətəndaşı eyni platformada birləşdirəcək.

Layihənin əsas məqsədi sahibkarların muzdlu işçi axtarışında İKT resurslarından istifadəni təmin etmək, işçi axtarışında zaman və resurs itkisinin azaltmaq, İKT-nin inkişafını və geniş tətbiqini təmin etmək yolu ilə işsizliyin azaldılmasına dəstək olmaq, məhdud imkanları olan vətəndaşların internet resurslarından istifadə edərək işsizlik problemlərinin həll edilməsinə nail olmaqdır. Bununla da sahibkarlar lazımi həcmdə işçi qüvvəsini ölkə daxili resurslar hesabına və rəqabətə uyğun qiymətlər çərçivəsində həll edə biləcəklər.

Əlavə olaraq onuda qeyd etmək yerinə düşərdi ki, universitetdə təhsil alan gənclər təhsillərini başa vurduqdan sonra lazımi təcrübəyə sahib olmadıları üçün təhsil aldıqları müddətdə yarımştat iş tapmaqda çətinlik çəkirlər. Bu layihənin məqsədlərindən biri həmin tələbələrin təcrübə əldə etməsi üçün onlara lazimi şəraitləri yaratmaqdır.

Beləliklə İlk Addımlar layihəsinin təşəbbüsü ilə planlaşdırılan “Virtual Muzdlu İş Portalı” proqramı çərçivəsində sahibkar və iş axtaranlar bir-biri ilə rahat ünsiyyət qurma imkanına sahib olacaqlar. “Virtual Muzdlu İş Portalı” respublika ərazisində fəaliyyət göstərən biznes sektoru və müxtəlif sosial qruplara aid olan vətəndaşlar üçün nəzərdə tutulduğundan, layihə Azərbaycan respublikasının bütün rayon və şəhərlərini əhatə edəcək. Layihənin paytaxt Bakıdan kənar digər bölgələrdə tanıdılması üçün müəyyən planlaşdırılmış işlər həyata keçiriləcəkdir.

Hal-hazırda layihə dövlət orqanlarına təklif formatında göndərilib. Göndərilən cavabdan aslı olaraq layihə reallaşdırıla və ya reallaşdırılmaya bilər. Lakin diqqətinizə çatdıraq ki, proqramla tanış olub, marağı olan insanlar və ya şirkətlər varsa, İlk Addımlar layihəsinin təsisçisi Rəşad Əliyevə müraciət edə bilərlər.

Layihənin inkşaf etdirilməsi və ya hər hansi bu məqsədli təklifiniz olarsa Rəşad Əliyevin e-mail ünvanına ([email protected]) məktub yaza və ya (050) 648 2737 mobil nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Aid olduğu bloglar

Ilkaddimlar.com

ilkaddimlar.com — Weboxu blogu

Oxucuları
76
Başlıqları
22
Reytinq
11.36

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər