“İlk Addımlar” yeni dərs ilinə yeni layihələrlə



Növbəti tədris ilinin başlaması ilə əlaqədar olaraq “İlk Addımlar” təhsil portalı yeni layihələrinə start verdi.

“İlk Addımlar” komandasının həyata keçirəcəyi layihələrdən biri korporativ müştərilərə informasiya texnologiya sahəsindəki web texnologiyanın proqramlaşdırması kurslarıdır. Müxtəlif dövlət orqanlarının, şirkətlərin istəyi ilə təşkil edilən bu kursların iştirakçıları İT (informasiya texnologiya) sahəsində biliklərini artıra və yeni təcrübə əldə edə biləcəklər.

Sentyabrın 15-dən etibarən layihə çərçivəsində yeni dərslərin tədrisinə başlanılıb.
İlk təlimlər dövlət müəssisələrinin birində keçirilir. Həmin yerdə dərslər həftədə iki dəfə olmaqla dörd ay davam edəcək.

Layihə çərçivəsində dərsləri layihənin rəhbəri Rəşad Əliyev tədris edir. Gələcəkdə isə dərslər “İlk Addımlar” komandasının digər üzvləri tərəfindən keçiriləcək.
Onu da qeyd edək ki, dövlət orqanında təşkil olunan kursun mövzuları PHP Advanced, Java Script, Ajax texnologiyasıdır.

Aid olduğu bloglar

Ilkaddimlar.com

ilkaddimlar.com — Weboxu blogu

Oxucuları
76
Başlıqları
22
Reytinq
11.36

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər