Reytinq
+11.36

Ilkaddimlar.com

68 oxucu, 21 başlıq
RSS

Vebinar dərslərin aylıq hesabatı

İlk Addımlar Akademiyasında müxtəlif sahələr-proqramlaşdırma dilləri, xarici dillər, mühasibatlıq üzrə kurslar keçirilir. Həmin kurslarla yanaşı dərsi canlı şəkildə dinləmək istəyənlər üçün İlk Addımlar akademiyasında vebinarlar da təşkil olunur. Bəs bu bir ay ərzində vebinarlara neçə insan qoşulub? Bir aylıq hesabata görə İlk Addımlar akademiyasında cəmi 5 vebinar keçirilib, 75 nəfər isə qeydiyyatdan keçib. Kursda PHP. Dərəcə 1 , Alman dili, Beynəlxalq Mühasibat uçotunun əsasları , HTML və CSS üzrə dərslər keçirilib. Toplam dinləmə saatı isə 7 saat 2 dəqiqədir. Bu keçən aya olan hesabat idi. Yeni ayda hansı...

Xəzər Universitetində məktəblilərlə görüş- FOTO

14 fevral 2013-cü il tarixində Xəzər Universitetində məktəblilər arasında fizika-kimya, riyaziyyat olimpiyadasının qalibləri ilə görüş keçirilib. İlk olaraq tədbiri Xəzər Universitetinin direktorlar və qəyyumlar şurasının sədri Hamlet İsaxanlı açıb. Daha sonra Xəzər Universitetinin müəllim-dosent heyəti məktəblilərə düzgün ixtisas seçimi ilə bağlı xüsusi təqdimatlar ediblər. Pedaqoji elmlər üzrə fəlsəfə doktoru İsaxan İsaxanlı öz...

İlk Addımlar növbəti əməkdaşlığa başladı!

“İlk Addımlar Akademiyası” və “Xaricidil.net” saytı yeni əməkdaşlığa başladı. Xaricidil.net saytının istifadəçiləri xarici dilləri daha yüksək səviyyədə öyrənmək üçün uzunmüddətli kurs axtarışda olurlar. Yeni bağlanan əməkdaşlığın məqsədi kurs axtaran həmin istifadəçilərə Xaricidil.net saytı “İlk Addımlar akademiyası” daxilində tədris olunacaq dil kursları haqqında məlumat verəcək. Bununla da dil kursları axtarışında olanlar...

Azərbaycan dilində ilk vebinar keçirildi.

Onlayn-seminar (vebinar, ing. webinar) veb konfransın bir növüdür. Real zamanda internet vasitəsilə onlayn görüşlərin və ya təqdimatların keçirilməsi üçündür. Vebinar zamanı hər bir iştirakçı öz kompüterində olur və onlar arasında əlaqə internet vasitəsiylə qurulur. Konfransa hər bir kəs sadəcə olaraq brauzerin pəncərəsində URL (saytın adresi) daxil edərək qoşula bilərlər. İstənilən kəs kollektiv şəkildə keçirilən vebinarın hər...

İlk Addımlardan növbəti bir addım

“ İlk Addımlar ” layihəsi Azərbaycanda İnformasiya Texnologiyaları sahəsinin inkişafına köməklik göstərmək üçün növbəti addımlarından birini atdı. Belə ki, layihə çərçivəsində “ İlk Addımlar akademiyası ” adı altında yeni kurslar fəaliyyətə başladı. Burada İT sahəsindəki tədrisdən başqa xarici dil, psixologiya və digər mövzularda da kurslar olacaq. Kurs haqqında ən son məlumatları “ ilkaddimlar.com ” tədris portalında yeni açılan...

“Beynəlxalq mühasibat uçotunun əsasları” testi əlavə olundu!

Bildiyiniz kimi bu yaxınlarda “İlk Addımlar” layihəsi ilə "İATM" (İqtisadi Araşdırmalar və Tədris Mərkəzi) arasında “Mühasibatlıq üzrə birgə sertifikatlaşdırma imtahanlarının təşkil olunması” barədə müqavilə imzalandı. Bu layihə çərçivəsində ilk sertifikatlaşdırma testinin “Beynəlxalq mühasibat uçotunun əsasları” mövzusunda olacağı qeyd edilib. Artıq “İlk Addımlar” tədris portalına bu mövzuda sertifikatlaşdırma...

6 nəfər sertifikat sahibi oldu

“İlk Addımlar” komandasının korporativ müştərilər üçün həyata keçirdiyi İT mövzusunda web texnologiyanın proqramlaşdırması kurslarının fəaliyyəti uğurla davam edir. Keçən yazıda məlumat verdiyimiz kimi ilk təlimlər “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi”nin “Məlumat Hesablama Mərkəzi”ndə (MHM) keçirilir. İlk dərsin mövzusu “PHP” proqramlaşdırma dilinin birinci mərhələsi sona çatdıqdan sonra iştirakçılar imtahan verib,...

“İlk Addımlar” yeni əməkdaşlığa imza atdı.

“İlk Addımlar” tədris portalı və “İqtisadi Araşdırmalar və Tədris mərkəzi” yeni əməkdaşlığa başladılar. 6 Dekabr 2012 tarixində “İlk Addımlar” layihəsi ilə “İATM” arasında “Mühasibatlıq üzrə birgə sertifikasiya imtahanlarının təşkil olunması” barədə müqavilə imzalandı. Müqavilənin məqsədi “Mühasibat Uçotu” sahəsində pulsuz onlayn imtahan sisteminin qurulması və sertifikatlaşdırma layihəsinin birgə təşkilidir. Hər iki tərəfin...

"İlk Addımlar"ın ilk promo videosu çəkildi!

"İlk Addımlar" tədris portalının artıq promo videosu çəkildi. Xatırladaq ki, "İlk Addımlar" layihəsi çərçivəsində bu ilk çəkilən video çarxdır. “İlk Addımlar” 2001-ci ildən fəaliyyət göstərən Azərbaycanda ilk təhsil portalıdır. Saytın məqsədi Azərbaycanda İnformasiya Texnologiyaları sahəsində ilk addımlarını atmaq istəyənlərə köməklik göstərmək, yeni texnologiyalar haqqında tədris materiallarını doğma dilimizdə...

“İlk Addımlar” və “Mən də varam”

11 Oktyabr 2012 tarixində NDI və USAID-in dəstəyi ilə “Mən də varam” layihəsi çərçivəsində “Birliyə Doğru” İB Resurs mərkəzində “İlk Addımlar” tədris portalının təsisçisi, “Xəzər İnternet İnstitutu”nun direktoru Rəşad Əliyev tərəfindən kimsəsiz, xüsusi qayğıya ehtiyacı olan və eləcə də aztəminatlı ailələrdən olan gənclərə İnformasiya Texnologiya sahəsində olan biliklər tədris edildi. Təlimin açılışını Layihə rəhbəri Rima...

2 000 000 yükləmə 2000 referat

“İlk Addımlar” tədris portalının «Onlayn Referatlar» bölməsində elmi işlərin sayı artıq 2000-ni keçdi. İlk günlər informasiya texnologiya sahəsinə aid olan elmi işlər sonradan fərqli mövzularda istifadəçilərə təqdim olundu. Hal-hazırda maliyyə-kredit, jurnalistika, hüquq, fizika, fəlsəfə, kitabxanaçılıq, memarlıq, mühasibat, kimya-biologiya, coğrafiya, riyaziyyat, tarix və digər çoxlu sayda mövzulara aid elmi işləri- kurs və buraxılış...

TCP/IP- dərsliyi

Sizlər üçün növbədə TCP/IP , açılışı Transmission Control Protocol/Internet Protocol mövzusunda olan dərsliyi təqdim edirik. Dərslikdə siz protokollar cəmi, protokolların bir-birləriylə necə işləməsi, TCP/IP protokollarının dörd dərəcədən ibarət olması və onlar haqqında ətraflı məlumatla tanış ola bilərsiniz. TCP/IP dərsliyini “İlk Addımlar” tədris portalına Cavid İsgəndərov göndərib.

“İlk Addımlar” tədris portalının üstünlükləri...

Azərbaycanda ən tanınmış tədris portalı olan “İlk Addımlar” layihəsi artıq 11 ildir ki, fəaliyyət göstərir. Bu 11 il ərzində portal hər bir kəsə müxtəlif xidmətlər təqdim edib və hal-hazırda da təqdim etməkdə davam edir. Bu xidmətlərə müxtəlif mövzularda olan referatlar, sertifikatlaşdırma testləri, müxtəlif mövzularda olan kitablar, video dərsliklər eləcə də yazılı formatda olan dərsliklər aiddir. Bu üstlünlüklərlə birlikdə “İlk...

Daha 8 nəfər sertifikat sahibi oldu.

“İlk Addımlar” komandasının korporativ müştərilər üçün həyata keçirdiyi informasiya texnologiya sahəsindəki web texnologiyanın proqramlaşdırması kursları artıq öz fəaliyyətinə başlayıb. İlk təlimlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində keçirilib. “İlk Addımlar” layihəsinin təsisçisi Rəşad Əliyev tərəfindən tədris olunan kursun mövzusu “PHP” proqramlaşdırma dilinin birinci mərhələsi olub. Kursun...

Linux dərsliyi

Uzun sürən fasilədən sonra “İlk Addımlar” portalına yeni dərsliklər əlavə edildi. “Linux” başlığı altında təqdim olunan dərsliklərdə siz Linux nədir? Niyə Linux? suallarına cavab tapacaq, Linux-un tarixi, tərkibi, Linux-un virtual maşında quraşdırılması (Virtual Box) haqqında məlumatları əldə edə bilərsiniz. Dərsliklər Leyla Əliyeva tərəfindən “İlk Addımlar” portalına təqdim olunub.

“İlk Addımlar” sertifikatları artıq hüququ status aldı.

“İlk Addımlar” layihəsinin təsisçisi Rəşad Əliyevin verdiyi məlumata görə artıq təhsil portalının təqdim etdiyi sertifikatlar hüququ status alıb. Beləki “İlk Addımlar” təhsil portalında imtahan verənlər artıq möhürlü sertifikatlarını əldə edə biləcəklər. Nümunə olaraq sizə “İlk Addımlar”ın hüququ status almış, möhürlü sertifikatlarını təqdim edirik. “İlk Addımlar” 2001-ci ildən firststeps.az, indi isə “İlk Addımlar”...

“İlk Addımlar” layihəsindən “Virtual Muzdlu İş portalı”

Son zamanlar gündəmdə olan məsələlərdən biri əhalinin sosial – iqtisadi inkişaf proqramı çərçivəsində işsizliyin azaldılması istiqamətində müxtəlif işlərin aparılmasıdır. Hal- hazırda ehtiyacı olan sahibkarların muzdlu işçi axtarışında da çətinlik çəkmələri, bir çoxlarının muzdlu işçi axtarmaq üçün xarici ölkələrin resurslarından istifadə edərək qeyri-rezidentləri işlə təmin etməsi ölkəmizdə həmin işləri görə bilən insanların işsiz qalmasına...

“İlk Addımlar” təhsil portalının könüllülük proqramı

2010-ci ildə “İlk Addımlar” və “Xəzər İnternet İnstitutunun” birgə dəstəyi ilə “Könüllülük Proqramı” fəaliyyətə başlayıb. Könüllülük proqramının əsas məqsədi yeni kadrlar hazırlamaq, onlara təcrübə əldə etməkdə kömək etmək və müxtəlif şirkətlərə yönləndirməkdi. Proqram çərçivəsində tələbələrə müxtəlif mövzularda tapşırıqlar verilir, onlar əsnasında könüllülər təqdimat hazırlayırlar. Əlavə olaraq tələbələrə öyrənməkçün müəyyən proqramlar...

“İlk Addımlar” yeni dərs ilinə yeni layihələrlə

Növbəti tədris ilinin başlaması ilə əlaqədar olaraq “İlk Addımlar” təhsil portalı yeni layihələrinə start verdi. “İlk Addımlar” komandasının həyata keçirəcəyi layihələrdən biri korporativ müştərilərə informasiya texnologiya sahəsindəki web texnologiyanın proqramlaşdırması kurslarıdır. Müxtəlif dövlət orqanlarının, şirkətlərin istəyi ilə təşkil edilən bu kursların iştirakçıları İT (informasiya texnologiya) sahəsində biliklərini...

İlkaddımlar.com -da “HTML və CSS” Sertifikatlaşdırma testləri

Azərbaycanda ilk İnformasiya Texnologiya sahəsində tədris verən ilkaddimlar.com internet portalı istifadəçiləri üçün hazırladığı referat, elmi iş, kitablar və eləcədə Azərbaycan dilində video dərsliklər ilə birlikdə müxtəlif sahə və mövzularda sertifikatlaşdırma testləri də təqdim edir. Seçilmiş testləri etməklə siz öz bilik səviyyənizi yoxlaya bilərsiniz. Testlərin sonunda sizə nəticə təqdim olunur və hansı sertifikata layiq görülmüsünüzsə...