Huawei Ascend smartfonlarının təqdimat mərasimi keçirilib


IKT həllərinin tətbiqi sahəsində dünyanın lider şirkəti olan Huawei Azərbaycanda ən son istehsalı olan Huawei Ascend seriyalı smartfonlarını təqdim etdi.

Huawei Ascend Y200 modeli ilk dəfə smartfon istifadə etməyə başlayanlar üçün nəzərdə tutulub. Android 2.3.6 versiyası ilə təchiz olunan model 3G, 3.5 düymluq ekrana və 3.2 MP kamera ilə təchiz olunub. İPS matrisalı displeyə sahib model bu qiymət seqmentinə olan digər modellərdən daha üstün ekran xassələrinə sahibdir.Cəmi 5 saniyədə qoşulan Huawei Ascend Y200 smartfonunun batareyası sadəcə 90 dəqiqədə tam dolur.

Huawei Ascend G300 modeli ekonom smartfon sinifinə aid olsa da öz xassələri ilə diqqətləri üzərinə çəkir. Öz sinifinə olan steriotiplərə son qoyan model 4 düymluq ekrana, 1 QHz prosessora, Android 4.0 və 5 MP kamera ilə təchiz olunub. 800×480 İPS displeyində 233 ppi göstərici ilə G300 modeli mükəmmək görüntü keyfiyyətinə sahibdir.

Huawei Ascend P1 modeli öz incəliyi və erqonomik xassələri ilə seçilir. Cəmi 7.69 mm qalınlığına sahib P1 modeli 4.3 düymluq Super Amoled ekran, iki nüvəli 1.5 Ghz prosessor, 8 MP autofokuslu və FullHD keyfiyyətində video yaza bilən kamera, Dolby Mobile 3.0 Plus səs sistemi və Android 4.0 əməliyyat sistemi ilə təchiz olunub.

Huawei Ascend Y200 modeli Azərbaycanın aparıcı mobil operatoru olan Azercell ilə birgə kampaniya çərçivəsində Azərbaycan istifadəçilərinə təqdim olunub. Beləki, “Bu qiymətə bu zəka!” kampaniyası çərçivəsində 39 manat ilkin ödənişlə Huawei Ascend Y200 smartfonunu alan Azercell abunəçiləri hər ay cəmi 15 manat ödəməklə hər ay şəbəkədaxili 150 dəqiqə və 150 SMS, üstəlik, 150 MB İnternet trafiki əldə edəcəklər.

Huawei Ascend G300 və P1 modeli Huawei şirkətinin Azərbaycanda rəsmi distribütoru olan Mobitel şirkəti tərəfindən tezliklə satışa veriləcək.

Huawei şirkəti İKT həllərin satışı üzrə dünyanın lider şirkətidir. Huawei son illər ərzində innovativ tədqiqatlar, müştərinin ehtiyacları əsasında həllər hazırlama və partnyor şəbəkəsinin genişləndirilməsi siyasəti nəticəsində telekommunikasiya şəbəkərinin, terminalların və bulud hesabamaları texnologiyalarının inkişafında təqdirə layiq uğurlar əldə etmişdir. Dünyanın 140-dan çox ölkəsində dünya əhalisinin 1/3 Huawei məhsulları və həllərindən istifadə edir. Huawei 2002-ci ildən Azərbaycanda fəaliyyət göstərir və bu müddət ərzində İKT sahəsində bir çox uğurlu layihələrə imza atmışdır.














Aid olduğu bloglar

Huawei Device

Huawei Azerbaijan Weboxu blogu

Oxucuları
23
Başlıqları
3
Reytinq
6.28

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər