AdMob Google`un 3-cü böyük satınalması oldu.

Google, mobil reklam şirkəti AdMob`u 750 milyon dollara satın aldı. Beləcə Google, Mart 2008′de 3.1 milyard dollara aldığı DoubleClick və 2006′da 1.65 milyard dollara aldığı YouTube`dan sonrakı üçüncü ən böyük satın almasını AdMob ilə etmiş oldu. Mobil appilication`lar və mobil saytlara reklam göstərilməsi üzərinə işləyən bir reklam şəbəkəsi olan AdMob, sektorun parlayan ulduzlarından biriydi.
Qeyd edimki AdMob`un Azərbaycandan da istifadəçiləri olduqca çoxdur. Nəzərə alandakı wap/mobil saytlar bizdə üstünlük təşkil edir. AdMob`dan da Azərbaycana müəyyən miqdarda pul gəlirdi.

Digər tərəfdən bildiyimə görə AdMob`da çox işləyən adamlar onun müəyyən dərmə-deşiklərini artıq öyrənmişdilər. Bu sayədə gəlir faizini saytın istifadəçi potensialına uyğun olaraq artırmaq mümkün olurdu. Artıq AdMob Google`un qanadları altına keçdiyindən bu tip halların azalacağını düşünmək mümkündür. Google ads`də çünki belə bir hal yaranan kimi hesab bağlanılır. Hadisələrin inkişafını birgə izləyərik.

P.S. AdMob`un sağ əli Moxito`nun başına :)

Aid olduğu bloglar

Google

Google Inc blogu. Blogda Google ilə bağlı yeniliklər, məlumatlar və şirkətin yeni məhsullarının tanıtımı yer alır.
Rəsmi tag: Google

Oxucuları
75
Başlıqları
292
Reytinq
4.62

4 şərh

moxito
Bu xəbəri dünəndən oxuyandan sonra şokdayam.

moxito yeni layihədir, 5-6 aya onu da yerli giqantlardan biri alar.
Shaig
Mən elə fikirləşirəmki əgər moxito`nun alıcısı yerli olsa, bu internet saytlarından olmaz. Çünki internetimiz o qədərdə varlı deyil. Ancaq texnologiya sahəsində fəaliyyət göstərənlərin diqqətini çəkəcək yəqinki =).
moxito
Mobil sahədə çalışan bir çox şirkətlər var ki, onlara maraqlı ola bilər bu layihə.

Shaig
hə məndə elə onu deyirəmdə. ancaq ayrı-ayrı şirkətlər ola bilər. Ancaq istəyərdimki Aznetdə də saytların bir birini yaxşı qiymətlərlə satın alması dövrü gələrdi -)

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər