Google Friend Connect Ayda 8 Milyon Saytda istifadə olunur

Google`ın Open Social ilə 2008′in mayında açdığı Google Friend Connect, təməldə sayt sahiblərinə heç bir proqramlaşdırma məlumatları olmasa belə saytlarına sosial networking xüsusiyyətləri qata bilməsi funksiyası və Google`ın zaman içərisindəki innovativ yanaşmaları ilə qısa zamanda Googlenin populyar məhsulları arasında yerini ala bildi.

Google Wave platformasına adaptasiyası da aktual olan Friend Connectin Cambridge Massachusettsdən işlərini icra edən dəstənin lideri Sami Shalabi`nin bir reportajının sətir aralarındakı rəqəmlərdən, məhsulun müvəffəqiyyətini dəqiq olaraq görə bilmək mümkündür.
Buna görə, GFC ayda 8 milyon fərqli sayta və bu saytlar vasitəsilə yüz milyonlarla adama çata bilirmiş.

Aprel ayında Bloggerdə «default» olaraq təyin olunmasıyla məşhurluğu artan Friend Connect, Wordpress platforması istifadə edən bloglar üçün təqdim etdiyi inteqrasiyalar, 56+ fərqli dildə istifadə edilə bilər olması və son olaraq təqdim etdiyi API sayəsində, proqramçıların asanlıqla yeni xüsusiyyətlər əlavə edə biləcək & yeni funksiyalar gətirə biləcək olması kimi səbəblərdən ötəri böyüməsini davam etdirəcək.

Aid olduğu bloglar

Google

Google Inc blogu. Blogda Google ilə bağlı yeniliklər, məlumatlar və şirkətin yeni məhsullarının tanıtımı yer alır.
Rəsmi tag: Google

Oxucuları
76
Başlıqları
296
Reytinq
4.62

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər