Google qrafik xəta həllər verən GraphicsFuzz-ı satın aldı


Google Güvənilən qrafik sürücü həllər verən GraphicsFuzz-i bugün satın aldığını açıqladı.

Qrafik sürücüsü səhvləri tapma və bunları sürətli şəkildə düzəltmə məsələsində özünə məxsus bir missiyası olan bir şirkət olan GraphicsFuzz, Twitter-dən etdiyi açıqlama ilə Google tərəfındən satın alındığını açıqladı. Şirkət fuzzing və metamorphic testlərinin birləşiminə öncülük etməsiylə diqqətləri üzərinə çəkməyi bacarmışdı.

GraphicsFuzz qrafik sürücülərinin son istifadəçilərə çatmadan öncə güvənliyi və güvənliyi zəiflədə biləcək xətalarını sürətli şəkildə təsbit edən və düzəldən avtomatik bir sistem təqdim etməkdədir. Şirkət yaxın zamanda Android Qrafik Komondasına qatılacaq olan Alastair Donaldson, Hugues Evrard ve Paul Thomsondan ibarətdir. Komanda Android ekosistemindəki mütəxəsis qrafik sürücüsü test texnologiyasını inteqrasiya etmek üçün Google-a qatılacaqlar.

Rəsmi GraphicsFuzz Twitter hesabından verilən açıqlamada «GraphicsFuzz-ın Google tərəfındən satın alındığını bildirməkdən həyəcan duyuruq və Android Qrafik komandaya daha çox əyləncə üçün qatılacaq! GraphicsFuzz ilə yolculuğumuzda bizə dəstək verən hərkəsə təşəkkür edirik.» ifadələrini işlətdi. GraphicsFuzz-dan Alastair Donaldson isə “Google tərəfındən satın alma, qrafik sürücüsü test texnologiyamızın dünya miqyasındakı təsirini ən üst səviyyəyə çıxarmaq üçün əla bir fürsət” ifadələrini istifadə etdi.

Aid olduğu bloglar

Google

Google Inc blogu. Blogda Google ilə bağlı yeniliklər, məlumatlar və şirkətin yeni məhsullarının tanıtımı yer alır.
Rəsmi tag: Google

Oxucuları
76
Başlıqları
296
Reytinq
4.62

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər