Google Allo ilə selfilər karikaturalara çevrilir


Emotikonların (smayliklər) gündəlik həyatımızda istifadəsi hər keçən gün bir az daha artır. Google da yeni mesajlaşma tətbiqi Allo üçün yayımladığı son yeniləməylə bu tendensiyanı yaxından izlədiyini göstərir. Bundan belə, Google Allo istifadəçilərinin çəkdikləri selfilərdən xüsusi karikaturalar yaradılacaq.

Google, avtomatik məlumatlandırma və süni intellektə olan marağını Allo-ya əlavə etdiyi yeni xüsusiyyətdə də göstərir. Allo-nun yeni xüsusiyyəti, «Nintendo Mii» və ya «Snapchat»ın «Bitmoji»ləri kimi fərdiləşdirilən avatarlar təqdim etməklə kifayətlənmir.

Karikatura yaradılması prosesində avtomatik öyrənmə və süni intellektin köməyilə üzün xəritəsini çıxaran Google, istifadəçilərin üz xüsusiyyətlərini Lamar Abrams tərəfindən hazırlanan əyləncəli şəkillərlə birləşdirir.

Google-un araşdırma blogunda sadə görünən inteqrasiyanın arxasındakı maraqlı məlumatlar yer alır. Şirkət, fərdi karikaturaları meydana gətirəcək vasitənin hər irqi, cinsi və yaşı təmsil edəcək şəkildə hazırlanmasına diqqət göstərdiyini vurğulayıb.

Google Allo yeni xüsusiyyətini ilk olaraq Android istifadəçilərinə təqdim edir. iOS istifadəçilərinin isə bu xüsusiyyət üçün bir az daha gözləməyi lazımdır.

Aid olduğu bloglar

Google

Google Inc blogu. Blogda Google ilə bağlı yeniliklər, məlumatlar və şirkətin yeni məhsullarının tanıtımı yer alır.
Rəsmi tag: Google

Oxucuları
69
Başlıqları
292
Reytinq
4.62

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər