"Google"dan videodakı obyektləri tanıyan yeni texnologiya


“Google” texnoloji şirkətinin tərtibatçıları videoyazıda ayrı-ayrı obyektləri tanımağa imkan verən yeni texnologiyanı təqdim ediblər.

“Cloud Video Intelligence API” adlanan süni intellekt proqramı videoda istənilən obyektin təhlilini apara bilir ki, bu da videodakı bütün kontentləri axtarış sistemi vasitəsilə tapmağa imkan verir.

Məlumata görə, sistemə lazımi əsas sözü daxil etdikdə proqram axtarılan obyektin mövcud olduğu videoyazılar siyahısını təqdim edəcək.

Qeyd edək ki, bir müddət əvvəl “Facebook” sosial şəbəkəsi özünə qəsd etmək istəyən istifadəçilərin aşkarlanması üçün xüsusi alqoritm təqdim edib. Bu texnologiya da süni intellekt sistemi əsasında fəaliyyət göstərəcək.

Aid olduğu bloglar

Google

Google Inc blogu. Blogda Google ilə bağlı yeniliklər, məlumatlar və şirkətin yeni məhsullarının tanıtımı yer alır.
Rəsmi tag: Google

Oxucuları
76
Başlıqları
296
Reytinq
4.62

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər