"Google" iynəsiz qan alacaq


İnternet nəhəngi Google iynə istifadə etmədən qan nümunəsi götürə bilən bir cihaz üçün patent müraciəti edib.

Cihaz incə bir borunun içindən həddindən artıq təzyiqli hava axını ilə mikro bir hissəcik göndərərək dərini deşdiyi və vakuum təsiri yaradaraq az miqdarda qan nümunəsini içinə çəkəcək. Patent müraciətində bu üsulla qan almanın daha sürətli, ağrısız və effektiv olacağı da ifadə edilir. Google səlahiyyətliləri bu cihazın bir gün diabet xəstələri tərəfindən qan şəkəri nisbətini ölçmək üçün istifadə edilə biləcəyini də istisna etmirlər.

Aid olduğu bloglar

Google

Google Inc blogu. Blogda Google ilə bağlı yeniliklər, məlumatlar və şirkətin yeni məhsullarının tanıtımı yer alır.
Rəsmi tag: Google

Oxucuları
76
Başlıqları
296
Reytinq
4.62

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər