Google+ və YouTube nəhayət bölünürlər

Google
Google şirkəti dünən yerləşdirdiyi bloq yazısında bildirdi ki, Google+ profilləri şirkətin digər, daha populyar xidmətlərindən yaxın aylar ərzində ayrılacaq.

«Kontent paylaşmaq, ünsiyyət qurmaq və YouTube kanalını istifadə etmək üçün sizə artıq yalnız Google akkauntu bəs edəcək», — bloq yazısında bildirilib.

Qeyd edək ki, Google+ akkauntları YouTube xidmətinə bağlanandan sonra istifadəçilər tərəfindən böyük narazıçılıq ilə qarşılanmışdır, çünki video-hostinqin istifadəçilərini Google+-dan məcbur qeydiyyat keçməyə vadar edirdi.

Daha ətraflı: Google Blog

Aid olduğu bloglar

Google

Google Inc blogu. Blogda Google ilə bağlı yeniliklər, məlumatlar və şirkətin yeni məhsullarının tanıtımı yer alır.
Rəsmi tag: Google

Oxucuları
73
Başlıqları
292
Reytinq
4.62

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər