Gmail göndərilən toplu məktubların keyfiyyətini artırmaq üçün yeni alət işə saldı

Postmaster Tools
Google şirkəti Postmaster Tools xidmətini təqdim edir. Yeni alət Webmaster Tools analogiyası əsasındadır, və çoxlu sayda toplu email göndərən şirkətlər üçn nəzərdə tutulub.

Xidmət Gmail istifadəçilərinə göndərilən məktubların statistikasını izləməyə imkan yaradır, və oxunma göstəricilərini artırılması üçün məsləhətlər verir.

Bunun üçün, istifadəçi domenini qeydiyyatdan keçirib, DNS parametrlərinin köməyi ilə istifadəçi hüquqlarını təstiqləməlidir. Bir qədər vaxt keçdikdən sonra, domenin sahibi interfeyslə işə başlaya bilər.

Xidmət yalnız qeydiyyatdan keçəndən sonra göndərilən toplu məktubların statistikalarını göstərəcək, qeydiyyatdan əvvəl göndərilən məktubların məlumatları verilməyəcək. Ona görə də, məlumatlar toplanana qədər istifadəçi bir az gözləməli olacaq.

Daha ətraflı Gmail-ın bloqunda oxuya bilərsiniz.

Aid olduğu bloglar

Google

Google Inc blogu. Blogda Google ilə bağlı yeniliklər, məlumatlar və şirkətin yeni məhsullarının tanıtımı yer alır.
Rəsmi tag: Google

Oxucuları
76
Başlıqları
296
Reytinq
4.62

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər