Artıq yerli developerlər Google Play-dən pul qazana biləcəklər

Google Play
İndi Azərbaycan, Peru, İslandiya və Yəmən developerləri Google Play-dən satıcı kimi qeydiyyatdan keçib, istehsal etdiyi tətbiqlərinin köməyi ilə pul qazana biləcəklər. Bu barədə Google Play-in rəsmi səhifəsi məlumat verir. Developerlər həm ödənişli tətbiqlərdən, həm də tətbiqin daxili satışlarından pul qazanacaqlar.

Düşünürük ki, bu yenilik yerli developerlər tərəfindən effektiv ödənişli tətbiqlər və xidmətlər yaradılması üçün yaxşı stimul olacaq. Beləliklə, yaxın zamanlarda Azərbaycanlı tətbiq istehsalçılarının Google Play online mağazasında aktivləşəcəyini gözləyə bilərik.

Aid olduğu bloglar

Google

Google Inc blogu. Blogda Google ilə bağlı yeniliklər, məlumatlar və şirkətin yeni məhsullarının tanıtımı yer alır.
Rəsmi tag: Google

Oxucuları
73
Başlıqları
292
Reytinq
4.62

Android

Google-un mobil device-lar üçün inkişaf etdirdiyi açıq qaynaqlı mobil əməliyyat sistemi olan Android-in bloqu

Oxucuları
39
Başlıqları
103
Reytinq
3.39

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər