Artıq siz Gmail-la səhf göndərdiyiniz məktubu ləğv edə bilərsiniz

Bəzən belə olur ki, biz məktubu səhf ünvana göndəririk. Və yaxud məktubda məlumatı səhf yerləşdiririk. Nəticədə isə, ya üzr istəməli, ya da zarafat ilə yola verməli oluruq. Düşünürəm ki, iş adamlarının çoxunda bu cür hadisələr baş verə bilər.
Gmail
Bunu nəzərə alan Google şirkəti, Gmail elektron məktub xidmətinə «Məktubu ləğv et» funksiyasını əlavə etdi.

Maraqlısı odur ki, şirkət bu funksiyanı 2009-cu ildə test rejimində reallaşdırmışdır. Test müddəti isə, düz 6 il uzandı, və istifadəçilər ümumiyyətlə bu funksiyanı unudmuşdular. Yalnız bu gün bu yenilik istifadəyə verildi. Google şirkətində bu sadə funksiyanın testi belə uzun müddət çəkməsinin səbəbi naməlumdur.

İnbox komandası isə, bu yeniliklə bağlı qısa və gülməli videoçarx hazırladı:

Aid olduğu bloglar

Google

Google Inc blogu. Blogda Google ilə bağlı yeniliklər, məlumatlar və şirkətin yeni məhsullarının tanıtımı yer alır.
Rəsmi tag: Google

Oxucuları
76
Başlıqları
296
Reytinq
4.62

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər