Google I/O 2012: Google Chrome-un iOS versiyası çıxır


Google I/O 2012 davam edir. Tədbirdə bir sıra Google məhsullarının mobil versiyaları tanıdıldı. Bunlar arasında Youtube, Google Drive və s. var idi. Məhsulların Android və iOS cihazlar üçün versiyaları tanıdıldı.
Google, tədbirinin ikinci gününü veb brouseri Chrome-a istiqamətli statistik məlumatlar və yenilik xəbərləri verdi.

İlk olaraq qısaca statistikaları verək ardından əsl vacib keçək:

Dünyanın bir nömrəli brouseri artıq İnternet Explorer deyil Google Chrome
Chrome-un aktiv istifadəçi sayı 310 milyondur. Keçən il bu zamanda istifadəçilər 160 milyon, ondan əvvəlki il isə 70 milyon idi.
Chrome üzərindən alınan məlumatın miqdarı gündəlik 1TB-a çatır, yazılan söz sayı isə gündəlik 60 milyarddır!

İndi isə əsas məlumata gələk. Artıq Apple istifadəçiləri də brouser seçərkən Google Chrome-u da istifadə edə biləcəklər.

Yükləmək üçün iOS 4.3 və üst versiyalarından birinə sahib olmanız gərək.

iOS versiyasının da Android versiyasının bütün əsas funksiyalarına sahib olacaq. Chrome-un mobil brouseri dünyasındakı iddiası, PC versiyasındakı kimi sabitlikli və sürətli işləməsi olacaq deyə düşünmək olar. Mobil brouserin bir başqa xüsusiyyəti də PC versiyası ilə sinxronizasiyalı formada işləyə biləcək.

Tətbiqi AppStore-dan endirmək mümkün olacaq.

Aid olduğu bloglar

Google

Google Inc blogu. Blogda Google ilə bağlı yeniliklər, məlumatlar və şirkətin yeni məhsullarının tanıtımı yer alır.
Rəsmi tag: Google

Oxucuları
75
Başlıqları
292
Reytinq
4.62

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər