“Kaspersky Lab”: Ötən il dünya üzrə mobil təhlükələrin sayı iki dəfəyədək artıb

Bakı – 7 mart 2019-cu il. “Kaspersky Lab” şirkətinin müşahidələrinə əsasən, 2018-ci ildə mobil cihaz istifadəçiləri tarix boyunca kibercinayətkarların ən güclü hücumları ilə rastlaşıblar. Zərərli mobil proqram təminatından istifadə ilə edilən hücumların sayı 12 ay ərzində demək olar ki, iki dəfə artaraq 117 milyona çatıb, bununla belə, mobil platformalarda bu zərərvericilərin sayı azalıb. Ekspertlər bunu cinayətkarların yeni yoluxdurma üsullarından istifadəsi və zərərli proqram təminatının yayılmasında artıq sınaqdan keçirilmiş sxemlərin (məsələn, spam SMS-lər) daha da gücləndirilməsi ilə əlaqələndirirlər. İlin əsas təhlükəsi isə...

Bakıda “SHE Congress 2019” tədbiri keçirilib

Bakı – 7 mart 2019-cu il. “JW Marriott Absheron Baku” hotelində “SHE Congress 2019” (“Smart. Happy. Elegant.”) – qadın sahibkarlığına dair üçüncü illik tədbir keçirilib. Konqresdə Azərbaycan və digər ölkələrdən karyeranı nə cür qurmaq və sürətlə dəyişən dünyada öz yerini necə tapmaq üçün təcrübələri ilə bölüşmək məqsədilə işgüzar dairələrdən 500-ə yaxın qadın iştirak edib. «”Dəyişikliklərə doğru” – “SHE Congress”in builki şüarıdır....

Bakcell ADA Universitetində keçirilmiş karyera yarmarkasına qatılıb

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti ADA Universitetinin təşkil etdiyi ənənəvi karyera yarmarkasında iştirak edib. Tədbirin İnformasiya Texnologiyaları və Telekommunikasiya sənayesinə həsr olunmuş günündə universitetin tələbə və məzunlarına Bakcell şirkətində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib və potensial namizədlərlə müsahibələr keçirilib. Ölkənin...

Azercell-in dəstəklədiyi “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları davam edir

Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədi ilə ötən ildən həyata keçirilən “I2B- İdeyadan Biznesə” layihəsi uğurla davam etdirilir. “Azercell Telekom” MMC-nin tərəfdaş qismində çıxış etdiyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər...

Bakcell mobil texnologiya sahəsində ən son yenilikləri ölkəyə gətirir

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti mobil sənayenin paytaxtı Barselonada keçirilən Dünya Mobil Konqresinə qatılıb. GSMA tərəfindən təşkil olunan Dünya Mobil Konqresi (Mobile World Congress) mobil telekommunikasiya sahəsinin ən nüfuzlu və ən böyük tədbirlərdən biri sayılır. Ənənəvi olaraq hər il keçirilən bu tədbir çərçivəsində 2400-dən artıq şirkət tərəfindən mobil kommunikasiya...

Təhsil Nazirliyi, Bakcell və “AzEduNet” arasında əməkdaşlıq protokolu

Martın 5-də Təhsil Nazirliyi, Bakcell və “AzEduNet” şirkətləri arasında əməkdaşlıq haqqında protokolun imzalanması mərasimi keçirilib. Əməkdaşlıq protokolunu təhsil nazirinin müavini İdris İsayev, “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers və “AzEduNet” şirkətinin direktoru Natiq Yəhyayev imzalayıb. Protokolun imzalanmasında məqsəd ucqar kəndlərdə yerləşən, şagird sayı 60-a qədər olan 700-ə qədər ümumtəhsil müəssisəsində...

“Bakcell”in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İntenet Provayderi Bakcell şirkəti artıq ölkənin bütün bölgələrində yüksək keyfiyyətli 4G xidmətlərini təqdim edir. Artıq Bakı, Abşeron yarımadası və Azərbaycanın bütün şəhər və rayonlarında (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) yaşayan Bakcell abunəçiləri şirkətin təqdim etdiyi yüksək sürətli mobil İnternet xidmətlərindən yararlana bilirlər. Qeyd...

“Nar” gənclərin uğurlu karyera qurmasına dəstək olur

“Nar” gənclərin uğurlu karyera qurmalarına dəstək olmaqda davam edir. Mobil operator ADA Universitetinin Karyera Mərkəzinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Karyera həftəsi”ndə iştirak edib. Gənclərin karyera qurmalarına dəstək məqsədilə keçirilən sərgidə “Nar” satış, marketinq sahələri üzrə vakant vəzifələrinə sənəd qəbulu təşkil edib. Bundan başqa, mobil operator universitetin tələbə və məzunlarına uğurlu karyera barədə...

Azercell daha bir karyera sərgisində iştirak etdi

Azərbaycanın lider mobil operaroru olan “Azercell Telekom” MMC həyata keçirdiyi layihələri ilə tələbələrin fərdi və akademik inkişafına yönəldilmiş fəaliyyətini davam edir. Bu dəfə Azercell mart ayının 1-i ADA universitetində təşkil edilən “ADA Karyera Sərgisi 2019”-un fəal iştirakçısı olub. Sərgidə Azercell-in İnsan Qaynaqları departamentinin mütəxəssisləri işə qəbul olmaq istəyən məzun və tələbələrin suallarını cavablayıb, şirkətdə...

Fiziki şəxslərin əsas kredit borcunun devalvasiya ilə bağlı manatla artım hissəsi üzrə güzəşt məbləğinin vətəndaşlar tərəfindən sərbəst hesablanması üçün elektron kalkulyator istifadəyə verilib

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasında şəffaflığın təmin edilməsi məqsədilə əsas kredit borclarının devalvasiya nəticəsində manatla artmış hissəsi üzrə nəzərdə tutulan güzəşt məbləğinin vətəndaşlar tərəfindən hesablanması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) rəsmi...

“Nar” növbəti rəsmi mağazasını Qəbələdə təqdim etdi

“Nar” paytaxtla yanaşı, regionlarda yaşayan sakinlərə göstərilən xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə, mağazalarının sayını artırmaqda davam edir. Mobil operator növbəti rəsmi mağzasını Qəbələdə təqdim edib. Yeni konseptə uyğun mağaza Qəbələ rayonu, H.Əliyev küçəsində yerləşir. Qeyd edək ki, müasir avadanlıqlarla təchiz edilmiş dükanda müştərilərə müxtəlif təkliflərlə xidmət göstəriləcək. Özünün müştəriyönümlülük dəyərlərinə...

“Nar” Azərbaycan Texniki Universitetinin fərqlənən tələbələrini mükafatlandırdı

Gənclərdə oxumaq həvəsini artırmaq və onlarda motivasiya yaratmaq məqsədilə, “Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində uğurlu layihələr həyata keçirməkdə davam edir. Mobil operator Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq çərçivəsində universitetin Radiotexnika və rabitə fakültəsinin 2018-ci dərs ilinin 2-ci tədris semestri üzrə fərqlənən tələbələrini mükafatlandırıb. “Nar”-ın baş ofisində təşkil edilən...

Bakcell və INNOLAND Azərbaycanın ilk blokçeyn hackathon yarışmasını elan edir

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti, İNNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi və Waves Platforması Bakı şəhərində keçiriləcək “Blokçeyn inteqrasiyası üzrə hackathon” yarışması barədə məlumat sessiyası keçirib. Tədbir zamanı 8-9 mart tarixlərində INNOLAND mərkəzində keçiriləcək “Blokçeyn inteqrasiyası üzrə hackathon” yarışmasında iştirak etmək istəyən startapçı və developerlərə...

“Nar” abunəçilərin gündəlik internetə olan tələbatını tam ödəməkdədir

Ölkənin ən gənc mobil operatoru olan “Nar”, abunəçilərinin yüksəksürətli internetə olan gündəlik tələbatını ödəmək istiqamətində strategiyasını uğurla davam etdirir. Bu məqsədlə mobil operatorun təqdim etdiyi məhsullarla abunəçilər geniş və yüksəksürətli 4G şəbəkəsindən yalnız mobil telefonlarında deyil, ev və ofislərində də yararlana bilərlər. “Nar”-ın yüksəksürətli internetə çıxış imkanı verən “Qutu”, “Nar Wi-Fi” və “Nar MiFi” məhsulları...

Azercell ilə rabitənin yeni imkanları

Azercell 2018-ci ilin nəticələrini açıqladı Azərbaycana bir sıra texnoloji yeniliklər gətirən, innovativ həllər, müasir xidmətlər vasitəsilə abunəçilərin həyatını asanlaşdırmaq və rəqəmsallaşdırmağı qarşısına məqsəd qoyan, Azərbaycanın ilk GSM operatoru Azercell, ölkə əhalisinin 99,8 %-ini, ərazisinin isə 99,1%-ini (işğal olunmuş ərazilər xaric) əhatə edərək, ölkənin telekommunikasiya sektorunda 49% bazar payı ilə lider mobil operator...

“AzInTelecom” “Kasperski Lab”ın rəsmi partnyoru oldu

Bakı – 25 fevral 2019-cu il. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC informasiya təhlükəsizliyi sahəsində dünya liderlərindən biri sayılan «Kasperski Lab»ın rəsmi partnyoru olaraq kommersiya məqsədi ilə bazara daxil olur. Əməkdaşlığa əsasən, “AzInTelecom”un AZCLOUD bulud provayderi korporativ bulud infrastrukturunun, virtual mühit və fiziki serverlərin...

Azercell-in Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb

“Azercell Telecom” MMC ölkənin lider mobil operatoru olmaqla yanaşı, həm də öz fəaliyyətində insanların həyatının yaxşılaşdırılmasına yönəlmiş sosial layihələrə xüsusi yer ayıran bir şirkətdir. Belə layihələr sırasına “Mobil Göz Klinikası “ və “Mobil Diş Klinikası ”nı aid etmək olar. Fəaliyyətləri dövründə adıçəkilən klinikalar tək Bakı deyil, həm də regionlara səfər edərək, valideyn himayəsindən məhrum uşaqları, qocaları, az təminatlı...

“Nar” ölkə üçün əhəmiyyətli sosial layihələrini bu il də davam etdirəcək

Ölkənin ən gənc mobil operatoru olan “Nar”, şəbəkənin genişləndirilməsi, yüksəkkeyfiyyətli xidmət və sərfəli qiymət strategiyası ilə yanaşı, ölkə üçün əhəmiyyətli sosial layihələr reallaşdırmaqdadır. Mobil operator özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli insanlara qayğı, onların cəmiyyətə inteqrasiyası, eyni zamanda təhsil və maariflənmənin inkişafı, gənclər arasında idmanın təbliğı...

“Nar” 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib

Ölkənin ən gənc mobil operatoru olan “Nar” yüksəkkeyfiyyətli 4G şəbəkəsini bütün ölkə ərazisində genişləndirməyə davam edir. Baza stansiyalarının sayını sürətlə artıran mobil operator hazırda ölkədə ən geniş şəbəkələrindən birinə malikdir. Aparılan təkmilləşmə işlərinin nəticəsi olaraq, “Nar” son 3 ayda ölkə ərazisində 355-dən çox 4G, 35-dən çox 3G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasını istifadəyə verib. Hazırda mobil...