Windows Live Messenger, köhnə adıyla MSN`in yeni versiyası gəlir

Köhnə adıyla MSN, indiki adıyla Windows Live Messenger olan platforma, dördüncü versiyası 2010 ilə anlıq mesajlaşma hadisəsinə fərqli bir ölçü qatmağa çalışacaq kimi görünür. İlk olaraq, kontakt siyahılarınızın olduğu pəncərənin dəyişmiş olduğu gözümüzə çarpır. Sol tərəfində yeni bir pəncərə olan Live Messenger 2010, Facebook, Twitter və Blog saytlarınız ilə inteqrə olacaq. Qısacası Live Messengerin 2010 versiyası hamı üçün maraqlı olacaq. Onu deyimki indiki versiyası çox problemli olmuşdu. Hər kəs çox əziyyət çəkir. Mənim özümə də çox problem yaşadır bu versiyası. Görək yeni versiyası necə olacaq. Yeni versiyanın ilkin görüntüsü:

18 dekabrda "Milli Net 2009" qaliblərinin təqdimat mərasimi olacaq.

Milli Net müsabiqəsinin qaliblərinin təqdimat mərasimi dekabr ayının 18-i saat 18.00-da olacaq. Müsabiqə Ambasador oteldə reallaşacaq. 11 nominasiya üzrə qaliblərinin adları məhz bu tədbirdə açıqlanacaq. Nominantlarla milli netin saytinda tanis ola bilərsiniz — url.az/18h. Nominantlar dəvətnamələrini 1-ci gündən (14 dekabr) etibarən saat 10.00-dan, 13.30-a dək AİF`in ofisindən əldə edə bilərlər. ( Qeyd edimki hər bir nominant üçün 2...

Yeni Google Chrome reklamı

Google Chrome üçün yeni reklam çarxı. Mənim çox xoşuma gəldi. Əlavə olaraq onu deyimki Google Chrome indi Mac`da da istifadəsi mümkündür. Ümumiyyətlə bu ilin son rübündə hər gün Google haqqında nəsə eşitmək mümkün hala gəlibdi. Hətta haqqında yazılanları izləyib çatdırmaqda çətinləşibdi. Maraqlıdır görən bu aktivləşmə nə səbəbə görədir…

“Azercell Telekom” şirkətinə 3G lisenziyası veriləcək”

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaxın vaxtlarda “ Azercell Telekom ” şirkətinə 3G xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuş lisenziyanı təqdim etmək niyyətindədir. Bu xəbərlər bu gün xeberler.az `da rastlaşdım. Dediklərinə görə lisenziyanı verəcəklərmiş. Guya bir neçə sənəd hazırlamayıbmış Azercell `in. Maraqlıdır görən nə vaxta veriləcək lisenziya. Hər halda bir operatorda olmasa yaxşıdır lisenziya....

“Hazırda 500 məktəb internet sisteminə qoşulub”

“Hazırda 500 məktəb internet sisteminə qoşulub və gələcəkdə bunun sayı artırılacaq”-bu sözləri Təhsil Naziri Misir Mərdanov bu gün “Təhsildə Əməkdaşlıq” Proqramı üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumunun imzalanma mərasimində deyib. Nazirin sözlərinə görə, burada əsas məqsəd təhsil İKT-nin tətbiqi və məktəblərin, təhsil ocaqlarının internetə bağlanmasısıdr. “Birgə Anlaşma...

Facebook`da gizlilik seçimlərini diqqələ yoxlayın

350 milyon istifadəçisi olan sosial şəbəkə, istifadəçiləri daha da paylaşma yönümlü olmağını təbliğ edərək, gizlilik siyasətini dəyişdirdi. Facebook , istifadəçilərin nəyi kiminlə paylaşmaq istədiyinə qərar verməsini istəyir. Dünəndən etibarilə (9 dekabr 2009) dövrəyə girən yeni gizlilik variantları, üzvlərin girdikləri məzmun haqqında «daha çox idarə etmə haqqı vermək» iddiasıyla nəşr olundu. Profil yeniləmələrini və...

Mobil FireFox

İndiyə qədər populyar browserlərdən Opera `nın mobil versiyası geniş yayılmışdı. Növbədə isə FireFox `un mobil versiyası — Fennec `dir. Nokia N900 istifadəçiləri beta versiyasını mozilla.com/m adresindən yükləyə bilərlər. Ətraflı olaraq öyrənmək üçün bu linkdən+ istifadə edə və aşağıdakı videoya baxa bilərsiniz.

Azerfon media nümayəndələrinə 3G xidmətlərini tanıdıb

Qeyd: Azerfonun Press-relizidir. 3G bu gün-sabah təqdim ediləcək deyirlər. Ancaq Azerfon 3G`yə aid bir logoları, banner, şəkil yoxdu . 9 Dekabr 2009-cu il tarixində Hyatt Regency otelində “Azerfon” şirkətinin təşəbbüsü ilə yaxın günlərdə Azərbaycanda 3G (üçüncü nəsil) texnologiyasına əsaslanan xidmətlərinin tətbiqinə dair Dəyirmi masa keçirilmişdir. 3G texnologiyası üzrə bir çox ekspertlərin və media nümayəndələrin iştirak etdiyi...

Box.az`dan spamlar haqqında açıqlama

Cisco nümayəndəliyinin dünyadakı spamlar haqqında açıqlama sından sonra yerli e-mail servisi Box.az da öz blogu nda spamlar haqqında açıqlamasını etdi. Yerli və xarici spamlar, onlardan minimum əziyyət çəkmək üçün görülən tədbirlər. Son illərdə spam (arzulanmayan, reklam xarakterli) məktubları dünyada göndərilən bütün məktubların 80%-85%-ni təşkil etmişdir[1]. Box.az da istisna deyil. Bu bloq yazısında Box.az-dakı spamlara və...

Yahoo və Microsoft şərikliklərini möhkəmləndirir

İki nəhəng arasındakı iş ortaqlığı razılaşmasında müddət tamamlandı, rəqabət üzrə qurumlar da razılıq versə Yahoo və Microsoft internet qardaşı olacaq. İyul ayında toxumları atılan Microsoft Yahoo birlikdəliyində xoşbəxt son yaşandı. Həftə sonu, iki şirkət arasındakı «flirt»ün sona gəlindiyini açıqlayan tərəflər, gələn il işə başlamağı planlayır. İnternet axtarışları, reklam və təqdimat bazarında yenilikçi işlər və daha möhkəm...

Çin spam liderliyində ikinciliyə gerilədi

İndiyə qədər həmişə harda oxuyurduqsa spam yollanmağında Çin lider olaraq göstərilirdi. Cisco`nun hazırladığı hesabata görə 2009-cu ilin başlanğıcından noyabr ayına qədər 7.7 trilyon spamla Brazilya liderliyə yüksəldi. Keçən ildən bu yana brazilyadan yollanan spamların həcmi 3 dəfə artıbdı. İkinci yerə geriləyən Çində isə yollanan spamlar keçən ilə nisbətdə 25% azalıbmış. Cisco`nun təhlükəsizlik üzrə mütəxəssisi Patrick Peterson`un...

Bing və MSN`nin iPhone dəstəyi

Microsoft a yaxın qaynaqlar bu sıralar yaxşı işləyir. Davamlı mətbuata sızdırılan məlumatlar sayəsində, şirkətin bütün gizli məlumatlarını öyrənirik. Yadaki qəsdən bu məlumatlar yayılır. Son vaxtlar Google o qədər yenilik edirki adam blogda yazmağada çatdırmır. Yeni xəbər isə Microsoftun iPhone planları ilədir. Microsoft 2010-cu ilin mart ayında yeni bir Windows Live update`ni istifadəyə verməyi düşünürdü. Artıq üçüncü şəxs...

Google`da anlıq axtarış

Heç kimə sirr deyil ki, Google axtarış devi olmasına baxmayaraq Twitter `in populyarlaşmasından sonra bəzi məqamlarda ona uduzurdu. Beləki araşdırmalar göstərirdi ki, insanlar o an nəyin baş verdiyini bilmək üçün axtarışı məhz Twitterdə edirdilər. Təbii ki, Google belə böyük bir bazar payını gözardı edə bilməzdi. Dünən Google rəsmi blogunda yazılan geniş yazıda bu barədə məlumat verdi. Axtarışı test etmək üçün keçid+...

Nar Mobile Xoş Bazar Günləri kampaniyasına start verdi!

Abunəçilərin öz yaxınları ilə ünsiyyətini daha da xoş və rahat etmək üçün, Nar Mobile unikal təklifləri təqdim etməkdədir. Xoş Bazar Günləri kampaniyasından yararlanaraq Nar Mobile abunəçiləri dekabr ayının danışıqlarına görə yanvar ayının bazar günlələrində pulsuz danışıq dəqiqələri əldə edəcəklər. Kampaniyaya əsasən dekabr ayında ölkə daxilində bütün istiqamətlərə edilən zənglərin hər dəqiqəsinin əvəzinə abunəçilər yanvar ayının...

Chrome`un rəsmi addons dəstəyi yaxında başlayacaq.

Bir neçə həftə əvvəl açılan Chrome Əlavələri səhifəsi ndə developerlərdən əlavələri qəbul edən Google, TechCrunch`ın iddia etdiyinə görə önümüzdəki həftə Chrome addonslarını istifadəçilərin istifadəsinə açacaq. Bu tip xəbərlərin yayımlanmasına səbəb isə 11 dekabrda təşkil ediləcək olan Add-on-Con tədbiridir. Mövzusu İnternet browserləri üçün yaradılmış addonsların olduğu konfransda Google qızıl sponsorlar arasında iştirak...

Online alışlara 15% endirim

DNS Computers-in saytında yeni ilin gəlişi ilə əlaqədar yeni kampaniyaya start verilib. Kampaniya çərçivəsində sayt vasitəsilə alınan bütün mallara 15% endirim tətbiq olunmuşdur. Sifariş olunan mallar Bakı şəhəri ərazisində alıcılara pulsuz çatdırılır. Malın sayt vasitəsilə alışı prosesi kifayət qədər rahatdır. Sifarişin ödənişi mal müştəriyə çatdırıldıqdan sonra həyata keçirilir. Bununla yanaşı, malı kredit yolu ilə də əldə etmək...

Çinli işçi hər yerdə ucuzdu

Facebook bildiyiimiz kimi ən böyük sosial şəbəkələrdəndir. Onun daxilində olan tətbiqlərində (app) olan insanların sayı belə başqa saytların üzvlərindən dəfələrlə çox olur. Ən çox üzv isə Farmville adlı tətbiqdədi. Online oyundur bu. Elə bilki virtual fermanız olur və onu əkib-becərirsiniz. İndi həmin oyunda yeni bir xüsusiyyət əlavə olunubduki burada da maraqlı bir nüans var. Bildiyimiz kimi Çin real dünyada ucuz işçi qüvvəsi ixrac...