Chrome böyüyür

Bu gün San Franciscoda başlayan Google I/O konfransında Chrome haqqında bəzi məqamlar açıqlandı. Google , ilk dəfə bir brouser üçün application mağazası açdı. Chrome Web Store -da developerlər öz ödənişsiz və pullu applicationlarını tanıda biləcəklər. Google I/O-da tanıdılan Chrome Web Store, istifadəçilərin Chrome brouserləri üçün geniş applicaton variantları arasından seçim edə biləcəkləri bir qalereya xüsusiyyəti daşıyır....

Seyahet.im -in Facebook fanları üçün səyahət şansı

Fanlarımızın sayının 2 mini keçməsi münasibətilə xüsusi olaraq Facebook fanlarımız üçün foto müsabiqə elan edirik. Müsabiqənin qalibi isə Çinici və Seyahetim -dən 2 nəfərlik Antalya səyahəti ilə mükafatlandırılacaq. Müsabiqədə iştirak etmək üçün ən orijinal hesab etdiyiniz səyahət fotoşəklinizi Seyahetim səhifəsinə yükləyin. Ən çox bəyənilən (daha çox Facebook istifadəçisi tərəfindən “Like” olunan) fotoşəklin sahibi qalib...

Facebook-un pulsuz mobil platformu

Facebook yeni servisi olan 0.facebook.com -u blogundan tanıtdı . Başlıqdan da oxuya biləcəyiniz kimi bu pulsuz mobil platformadır. Xatırlayan olar yəqin ki, bir müddət əvvəl Facebook lite versiyasının fəaliyyətin idayandırmışdı. İndiki versiyada bir növ onu xatırladır mənə. Ancaq burada mahiyyət daha başqadır. Facebook-un özünün açıqladığı rəqəmlərə inansaq, 100 milyondan çox sırf mobil istifadəçisi var. Bu isə çox böyük rəqəmdir....

Təhsil naziri: İKT-nin təhsildə tətbiqi son 5 ildə əsas uğurlarımızdan biridir

Press-reliz : İnformasiya kommunikasiya texnologiyalarının təhsildə tətbiqi son 5 ildə əsas uğurlardan biridir. Bu haqda Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov təhsilin informasiyalaşdırılmasına həsr olunmuş tədbirdə bəyan etmişdir. Onun sözlərinə görə, təhsilin informasiyalaşdırılmasında ən vacib məsələlərdən biri də müəllimlərin İKT üzrə tətbiqi biliklərinin artırılmasıdır. M.Mərdanovun sözlərinə görə, müəllimlərin...

NETTY2010 - nəzərə çarpan maraqlı faktlar

Bu haqda əslində çox yazmağıma ehtiyac yoxdur. Çünki dəyişən heç nə yoxdur. 2008-ci ildən mən blog yazmağa başlayandan bəri hər il eyni sözləri, nöqsanları deyirəm onsuzda. Oxatandan arxivi qarışıdırb yazıları tapmaq olar. Ona görə bu il Netty haqqında uzun-uzadı yazmaq fikrində deyiləm. Sadəcə bəzi şərhlər etmək istəyirəm. Ondan başlayım ki, ən böyük biabırçılıq nominantlar bəlli olanın səhəri günü bəzi nominasiyalara yeni...

Youtube 5 yaşında

YouTube -un 5 yaşı tamam oldu ( 17 may 2010 ). Beş il ərzində dünyada internet istifadəçilərinin video vərdişlətini dəyişdirən saytın özü də böyük inkişaf yolu keçdi . Google tərəfdən satın alındıqdan sonra isə daha da böyüdü. 5-ci ilində bəzi maraqlı göstəricilər: * Saytda gündə 2 milyard video izlənir. * Alexa məlumatlarına görə dünyanın ən çox ziyarət edilən üçüncü saytı YouTube-dur. * Google-dan sonra ən çox axtarış edilən...

#NETTY2010 Qalibləri (3-cü yenilənmə) [foto]

Rəşad Əliyev in verdiyi məlumatlara əsasən Netty qalibləri: Dövlət saytı: www.tqdk.gov.az Korporativ sayt: demirbank.az/ Elm və təhsil: www.bala.az Mədəniyyət və incəsənət: mediateka.musigi-dunya.az İnformasiya və xəbərlər: www.infocity.az Servis-saytlar: autobaku.az Əyləncə: open.az İdman: lankaranfc.com/ Azərbaycan: www.history.az/...

Ötən həftədən maraqlı twitlər... #19

@elvinsh : Google Maps Bakı üçün route./navigate hesablamağa başlayıb. Bu hadisə təzədir. Elə deyil? @haciyev : Boxca.com-un ilk logosu:) ve boxca haqqında yazılan ilk blog [pic] ff.im/kcXEL @k1b3r : Stream-dən 30 man-lıq tarif işlədirəm.Getdim dəyişməyə,mənə deyirlər sizin atsə min. 25 manatlıq verə bilərik. +5 man. tarifi dəyişməyə. =( @haciyev : türklər (yemeksepeti.com) rus bazarına girir...

moxito.az-da Kredit Kartı ilə ödəmələr qəbul edilir.

Artıq siz moxito.az mobil reklam sistemində balansınızı kredit kartları ilə də artıra bilərsiniz. Bunun üçün Balansınız hissəsində ödəmə vasitəsini «Credit Card» olaraq seçdikdən sonra, VISA, MasterCard və ya Maestro kartlarından biri ilə rahatca balansınıza pul əlavə edə bilərsiniz. Ödəmə sistemi GoldenPay vasitəsi ilə keçirilir.

Azercell rebrendinq edir

Ölkənin ən böyük GSM Operatoru Azercell rebrendinq edir. Artıq bu haqda kimiləri çoxdan xəbərdardır, kimiləri isə son zamanlarda xəbərdar olub. Fikrimcə bizim oxucularımızın hamsı xəbərdardır. Bir neçə vaxtdır ki, artıq Twitter də bu barədə yazılar gedir. Əslində bu rebrendinq məsələsi uzun müddətdir var idi. Artıq 1 ilə yaxındır. Bu barədə Mak.az forumunda 8 iyun 2009 tarixində bir mövzu açılmışdı . Buna qədər iki dəfə cəhd...

"Facebook" rəqiblərini qabaqladı

İnternetdəki ən böyük sosial şəbəkə olan «Facebook» rəqibləri «Yahoo!» və «Microsoft»u geridə qoyaraq ABŞ-ın veb-reklam bazarında lider mövqeyə yiyələnib. «PC World» bildirir ki, 2010-cu ilin I rübündə banner reklamının nümayişi baxımından «Facebook» ilk dəfə «Yahoo!»nu qabaqlayıb. İndiyədək «Yahoo!» ABŞ-da banner nümayişinin şəksiz lideri sayılırdı. Bu ilin əvvəlində «Facebook»un payına bütün bannerlərin 16,25-i düşüb. Sosial...

Google Translate-də Azərbaycan dili

Bir müddət əvvəl Twitter-də @stomotoloq bu haqda yazmışdı. Düzü bu qədər tez bir müddətdə Google tərcümənin reliz olunacağını gözləmirdim. Bu gün @mammademin -nin twitindən sonra gördüm ki, artıq istifadəyə verilib. Tərcümə sistemi ALPHA olaraq yayımlanıb. Üstəlik tək yox Erməni və Bask dilləri də əlavə olunub. Sistemi bir az yoxlayanda həqiqətən də çox əhatəli tərcümələr olmadığını görmək olar. Məsələn, yerli tərcümə sistemi...

“Elektron Təhsil” Respublika müsabiqəsinə 347 layihə təqdim olunmuşdur

Press-reliz: “Elektron Təhsil” Respublika müsabiqəsinə 347 layihə təqdim olunmuşdur. 2010-cu il Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə İKT ili”-nin əsas fəaliyyətlərindən biri olan, “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən müsabiqə Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP, MƏDƏD...

Microsoft şirkəti Office 2010 məhsulunu buraxdı

Press-reliz: Microsoft korporasiyası korporativ müştərilərinə Office 2010 dəstini rəsmi şəkildə təqdim etdi. Şirkətin pres-relizinə əsasən ofis proqramlarından savayı Microsoft şirkəti həmçinin SharePoint, Visio və Project məhsulların yeni versiyalarını da təqdim etdi. Artıq 90 milyondan çox şirkət Office 2010 məhsulundan bəhrələnə bilər. Microsoft Word, PowerPoint və OneNote məhsullarının yeni versiyalarında istifadəçilər sənədləri...

Azərbaycanda kompüter piratçılığının səviyyəsi aşağı düşüb

Press-reliz: İDC tədqiqat qrupu ilə birgə Beynəlxalq “Business Software Alliance” (BSA) Assosiasiyası kompüter piratçılığı səviyyəsinin tədqiqatlarının yeddinci illik nəticələrini açıqlamışdır. Hesabata əsasən pirat proqram təminatlarının yayılma səviyyəsinə görə ən pis vəziyyət Gürcüstanda müşahidə olunur. Burada proqram təminatlarının 75%-i qeyri-lisenziyalıdır. Qonşu Ermənistan (90%) piratçılığın səviyyəsinə görə 5-ci yerdədir....

Android və iPhone, Google istəyinə çatır...

Google-un Nexus One -ı uğursuz kimi qiymətləndirilir analitiklər tərəfindən. Çox tez-tez o iPhone ilə müqayisə olunur. Eyni vaxt dilimində satış göstəriciləri qarşılaşdırılır. Mən isə Google-un müvəffəqiyyətini cihazda deyil, daha çox əməliyyat sisteminin yayılmasında görürəm. Ola bilər ki, Nexus One satışları o qədər də uğurlu olmamışdı. Ancaq Motorola Droid-in satışları kifayəq qədər uğurlu oldu. Fikrimcə Google-a lazım olan da budur....

ULTRA-nın dəstəyi ilə “İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində keçirilən Treninqlər başa çatıb

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə keçirilən Treninqlər başa çatıb. Treninqdə müxtəlif KİV-lərdə çalışan 25 nəfər jurnalistlər və jurnalist-tələbələr iştirak edib. Sonuncu Treninqdə Sahil şirkətinin direktoru Vahid Qasımov "İnformasiya Təhlükəsizliyi" mövzusunda və İnfotex təşkilatının nümayəndəsi, ekspert Firudin Əhmədov "İKT və Azərbaycan...

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi "E-Sənəd Dövriyyəsi" sistemini tətbiq etdi

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi “Megapolis DocNet” elektron sənəd dövriyyəsi sistemini tədbiq etdi. Bu haqda İqtisadi İnkişaf Nazirliyinin mətbuat katibi Abbas Əliyev xəbər vermişdir. Onun sözlərinə əsasən sistemin tətbiqi lazımi ünvanlara müvafiq sənədlərin hazırlanması və göndərilməsinin daha operativ həyata keçirilməsinə imkan yaratdı və həmçinin insan resurları və kağız daşıyıcılardan isitfadə dərəcəsini...