Vətəndaşlar inzibati cərimələrini mobil telefonla ödəyəcək


Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Femida.az-ın məlumatına görə, sənəddə deyilir:

1. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların elektron qaydada göndərilməsini və inzibati cərimələrin, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin elektron qaydada (o cümlədən “ASAN imza” vasitəsilə) ödənilməsini təmin edən çoxfunksiyalı “ASAN ödəniş” sistemi yaradılsın.

2. “ASAN ödəniş” sistemi aşağıdakıları təmin etməlidir:
2.1. inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların və xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin vətəndaşların elektron ünvanlarına, mobil telefon nömrələrinə elektron qaydada göndərilməsini;
2.2. inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddətinə nəzarət edilməsini və müddətlərin bitməsi barədə məlumatlandırılmasını;

2.3. inzibati cərimələrin mobil telefon aparatları vasitəsilə elektron qaydada ödənilməsini.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə “ASAN ödəniş” sisteminin təşkilini və fəaliyyətini təmin etsin, aşağıdakı ödənişlərin həmin sistem vasitəsilə həyata keçirilməsini aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə təşkil etsin:

3.1. inzibati cərimələrin yanacaqdoldurma məntəqələrində, avtomobil dayanacaqlarında, ticarət mərkəzlərində və əhalinin intensiv istifadə etdiyi digər ictimai yerlərdə xüsusi ödəmə terminalları ilə ödənilməsini;

3.2. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq edilən inzibati cərimələrin mobil telefon aparatları ilə ödənilməsini;

3.3. məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin xüsusi ödəmə terminalları ilə ödənilməsini.

Aid olduğu bloglar

Azercell

Azərbaycanın ən böyük GSM operatoru Azercell`in blogu.

Oxucuları
37
Başlıqları
303
Reytinq
1.13

Bakcell

Azərbaycanın ilk GSM operatoru Bakcell`in blogu.

Oxucuları
41
Başlıqları
131
Reytinq
4.58

GoldenPay

GoldenPay 2007-ci ildə Azərbaycanda ilk onlayn ödəniş xidməti provayderi kimi təsis edilib. Bu xidmət SilverKey Azərbaycan şirkəti tərəfindən yaradılmışdır. Bizim məqsədimiz müştərilərə, şirkətlərə və banklara məhsul və xidmətləri internet vasitəsilə satmağa, almağa və dəyişməyə imkan yaradan elektron kommersiyanı inkişaf etdirməkdən ibarətdir. Hazırda biz MilliKart, UniBank, və Azərdəmiryolbank ilə işləyirik. GoldenPay-in xidməti etibarlı və təhlükəsizdir və Visa və MasterCard tərəfindən idarə edilir. Təhlükəsizlik səviyyəsini artırmaq üşün biz həmçinin “VeriSign SSL” şifrələnməsindən də istifadə edirik.

Oxucuları
9
Başlıqları
7
Reytinq
1.13

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər