Hər şey technimum səviyyədə!


Azərbaycanda İKT sahəsi üzrə ixtisaslaşmış "MoBiz" (mobil biznes) və "Weboxu" (İT) layihələri hər iki resursun müsbət tərəflərini vahid bir ad altında — technimum.com şəklində daha geniş oxucu auditoriyasına təqdim edir.

Weboxu: «Uzun müddətdir ki, həm Weboxu, həm də Mobiz.az saytları fəaliyyət göstərir, texnoloji yenilikləri oxuculara çatdırır. Weboxu daha çox internet yönümlü, Mobiz isə mobil yönümlü ixtisaslaşmış portallardır. Güclərimizi birləşdirərək həm daha geniş oxucu auditoriyasına xitab edəcəyik, həm də hər iki resursun güclü tərəflərini birləşdirib daha mükəmməl bir resurs halına gətirəcəyik. Technimum.com -da mobiz.az və weboxu.com saytlarının bütün məlumat arxivləri toplanılıb, birləşmə nəticəsində məlumat itgisinə yol verməməyə xüsusi səy göstərmişik. Eyni zamanda yeni resurs müasir web standartlarına uyğun olaraq „responsive“ dizayn anlayışındadır. Bu da bütün mümkün cihazlardan resursa əl çatımlılığı təmin edəcək».

MoBiz: Fəaliyyətə başladığımız gündən hədəflərimizdən biri lokal bazardan əlavə, daha qlobal müstəvidə fəaliyyət göstərmək idi. Mobil biznes sahəsində lokal səviyyədə məqsədlərimizə qismən də olsa nail olduq. Əsas prinsiplərimiz olan neytrallıq və şəffaflığı təmin etməyə çalışdıq. Mobil sektora dair araşdırmalar, statistikalar təqdim etdik, dünyada və ölkədə mobil biznesin vəziyyətini, mobil marketinqi, 3G və 4G texnalogiyalarını işıqlandırdıq. Bu il yerli şirkətlər və dövlət qurumları ilə işgüzar əlaqələrimizi daha da genişləndirməklə yanaşı, bu sahədə yeni gənc kadrlara da dəstək olmağa çalışdıq. Bir sıra yerli və beynəlxalq tədbirlərin tərəfdaşı, informasiya dəstəkçisi qismində çıxış etdik.

Düşünürük ki, bu birlik həm bizim üçün, həm oxucularımız üçün faydalı olacaq. Çünki bu layihədə hər iki resursun ən güclü tərəfləri əks olunacaq. Bu baxımdan Azərbaycanda İKT sahəsi üçün çox uğurlu işlərə və layihələrə imza atmağı hədəfləyirik. Bu birlik bizə həm də bu qlobal səviyyədə inkişaf etmək üçün perespektivlər vəd edir. Ümidvarıq ki, bu sahənin inkişafı üçün hədəflədiyimiz «texnimum» səviyyəni fəaliyyətimizlə nümayiş etdirə biləcəyik".

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
341
Reytinq
1.13

Redaktorun Seçimi

Seçilmiş yazıların toplandığı bloq

Oxucuları
1
Başlıqları
58
Reytinq
0.00

7 şərh

Samadli
Təbriklər! Çox gözəl resurs alınıb. Uğurlarınızın ardını gözləyirəm! :)
Shaig
Çox sağ ol Kamran. Artıq bir az daha genişlətdik platformanı. Texnologiya şirkətlərinə xüsusi diqqət ayırırıq — =)
Millenium
Maraqlı lahiyyəyə oxşayır!
İşinizdə uğurlar!
Birdə mənim kimi kritiklər üçün «kritika» bölməsi açın ;)
Ellada
Təşəkkür! Buyurun, gözləyirik :)
IbrahimJabbari
Əla alınmış… Sizə uğurlar.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər