Telekom sektorunda “rəqabət virusu”

Dünya texnoloji transformasiya mərhələsindən keçməkdədir. Artıq “Yeni Media” vasitələri həyatımızda o qədər geniş yer alıb ki, həyatımızı onlarsız təsəvvür etmək çətindir.

Bütün sahələrdə olduğu kimi telekommunikasiya sektorunda da sosial şəbəkələrdən aktiv istifadə edilməkdədir. İstifadəçilərlə interraktiv əlaqə, müxtəlif müsabiqələrin keçirilməsi, problemlərə operativ münasibət və s. kimi hallar buna nümunə ola bilər.

Şirkətlər arasındakı rəqabət reallıqda olduğu kimi eyni templə virtual mühitdə də davam etməkdədir. Lakin virtual dünyada — sosial mediada da rəqabətin müxtəlif növləri, formaları mövcuddur. Bunlardan biri də son zamanların ən aktual mövzusuna çevrilən viral reklamlardır. Bu aktual mövzu son dövrlər BİZ(!)də də aktuallaşmağa başlayıb. Xüsusən də, telekom sahəsində. Necə deyərlər, «qonşuda bişər, bizə də düşər» məsələsi…

Yerli virallardan söhbət açmamışdan öncə məsələnin mahiyyəti və viral anlayışının özü barədə bir qədər arayış verməyi, daha doğrusu eşidib-bildiklərimizi, Google-da axtardıqlarımızı MoBiz oxucularına bəyan etməyi özümüzə borc bilirik.

Viral nədir? Viral — İnternetin inkişafı ilə əlaqədar yaranan sosial media vasitələri ilə yaradılan və yayılan virusa bənzədilən yeni “Word Of Mouth Marketing”in bir (Ağızadan-ağıza marketinq) növüdür. Viralın ən böyük özəlliyi və göstəricisi onun öz-özünə yayılan, el dili ilə desək “əldən-ələ”, “dildən-dilə” gəzən olmasıdır.

Surpriz xarakterli bir addım insanlarda daim maraq yaradır və onlar qarşılaşdıqları surprizlər haqqında ətrafdakılara danışmağı və paylaşmağı xoşlayırlar.

Viral reklamların yaradılması baxımından 2 növü mövcuddur:

— İstifadəçilər tərəfindən hazırlanan
— Viralda üstün tərəf kimi göstərilən şirkətin özü tərəfindən sifariş olunan

İstifadəçi tərəfindən hazırlanan virallar daha çox məhsul, şirkət və ya brenddən məmnuniyyəti ifadə edir. Burada kreativlikdən daha çox məmnuniyyət səbəbi və ya səbəbləri ön plana çəkilir. Bu reklamlar əsasən, özfəaliyyət və həvəskar çəkilişlərdən ibarət olur.

Şirkətin özü tərəfindən qeyri-rəsmi və gizli şəkildə hazırlanan və ya sifariş olunan virallar isə daha çox orijinal ideyası və kreativliyi ilə seçilir. Şirkət burada öz brendini və ya məhsulunu ön plana çıxarmaq, rəqiblərlə rəqabətdə öz üstünlüklərini nümayiş etdirmək məqsədi daşıyır.

Viral reklamların əsas yayılma vasitəsiləri sosial media resurslarıdır. Youtube, Facebook, Twitter və s. paylaşım saytları bu işin «olmazsa olmaz»larıdır.

Lakin bu məqamda bir qeydi xüsui vurğulamalıyıq: viral sosial mediadan öncə də var idi. O zaman da e-mail yolu ilə “əldən ələ” keçirdi. Məsələn, 2005-ci ildə “Danone” şirkəti ilə bağlı Türkiyədə qara PR çərçivəsində bu üsuldan istifadə olunmuşdu. Virtual dünyada yayılan bir e-mailda şirkətin təqdim etdiyi məhsulların 2-12 yaş aralığındakı uşaqlar üçün çox böyük təhlükə mənbəyi olduğu qeyd edilmişdi. Bu e-mail “əldən-ələ” gəzərək, təqribən 3 milyon nəfərə ünvanlanmışdı. Nəticədə şirkətin böyük məbləğdə, 26% zərər etməsinə səbəb olmuşdu.

Sosial mediada yayılan virallarla bağlı isə yuxarıda qeyd etdiyimiz fikirlərə dair bir neçə viral nümunəsini təqdim edirik:

Məsələn: Amerikada “The Godfather: The Game” məhsulu bazarda tanıtmaq üçün küçələrə yüzlərlə portağal atıldı. Daha sonra reklam çarxı portağal ilə əlaqələndirildi. Nəticə uğurlu oldu. Beləki portağalların hardan ortaya çıxdığı ilə maraqlanan insanlar evlərində, iş yerlərində bir sözlə hər yerdə bu barədə danışdılar və maraq artdı. Məhsul bazarda uğurla tanıdıldı və satış payı artdı.

Və ya başqa bir nümunə: blender istehsal edən bir şirkət üçün ən yaxşı reklam ideyası nə ola bilər? Bir film ulduzuna meyvə kokteyli hazırlatmaq? Xeyr. Bir iPad-ı blenderə atmaq və nə olacağına baxmaq. Bu viral sosial mediada xeyli populyarlıq qazandı və Youtube-da 10 milyondan çox izlənildi.



















Həəə, indi isə keçək bizim yerli şirkətlərin virtual dünyadakı rəqabətinə...Son zamanlar sosial şəbəkələrdə mobil operatorların viral reklamları yayımlanmaqdadır. Bəzi marketoloqlar bu reklamların məhz həmin operatorların sifarişi ilə hazırlandığını bildirsə də, bəziləri bunun sırf istifadəçi məmnuniyyətini ifadə etdiyi qənaətindədir.

MoBiz zaman-zaman telekom sektorunda viral nümunələrini aşkarlamağa, araşdırmağanümayiş etdirməyə çalışıb.







Şirkət rəsmiləri dəfələrlə MoBiz.az-a açıqlamalarında bu viral nümunələrini onların sifarişi ilə hazırlandığını təkzib ediblər. Lakin zaman-zaman mobil operatorların təqdim etdikləri rəsmi reklam roliklərində də rəqiblərinə yönəlik mətnaltı atmacalara, viral elementlərinə rast gəlinir.

Bu baxımdan son dövrlər daha çox «Bakcell» şirkətinin aktivliyini göstərmək olar. Məsələn, «Azercell» in məşhur aktyorlar Rəfael və Coşqun vasitəsilə reallaşdırdığı «Gəlirlər» konsepsiyasına cavab olaraq «Bakcell»in tanınmış aktrisa Dilarə Əliyeva vasitəsilə «Mən nə göyün yeddinci qatından, nə də ki, yerin altından gəlirəm» mesaji şirkətin abunəçilərə ən yaxın mobil operator olduğunu vurğulayır:





Bundan əlavə, «Azercell»in  «Salam, Bölgəm!» kampaniyasına yönəlik hazırladığı reklam rolikində bölgələrdə danışığın 2-ci dəqiqədən sonra pulsuz olduğu qeyd olunur.



«Bakcell» şirkətinin «DoğmaCin» abunəçiləri üçün təqdim etdiyi reklam çarxında isə «Azercell»in reklam çarxında qeyd olunan məqama mətnaltı atmacalar öz əksini tapır. Məsələn: «Sərfəli tarif ömründə deməz ki, ay bölgələr 1 dəqiqə pulludur, 2-cisindən sonra pulsuz»...



«Azercell» şirkəti qarşı tərəfin viral elementlərinə qarşı hələ ki, susqunluğunu qorusa da, üstünlüklərini və fərqliliyini təqdim etdiyi xidmətlərə yönəlik reklam çarxlarında zaman-zaman ifadə etməyi də unutmur.

Məsələn, məşhur, dünya miqyaslı rejissor Pol U.S Andersonun  «Bakcell» Sü[email protected] 3G servisləri üçün çəkdiyi video çarxında şirkətin göstərdiyi mobil internet sürətindən bəhs olunduğu halda, «Azercell»in «Yaxşıya inan!» konsepsiyasında yayımladığı 10 GB=10 AZN reklam çarxında şirkətin təqdim etdiyi mobil internetin ən sürətli və etibarlı olması ilə yanaşı, abunəçi sayının 4 milyon olduğu vurğulanır.





Bütün bu hay-həşirə, rəqabətə ən böyük susqunluğu isə “Nar Mobile” nümayiş etdirir. Mobil operatorlar arasında gedən rəqabətin sanki bu şirkətə heç bir aiddiyyatının olmaması “buğda yeyib, cənnətdən çıxmaq” ifadəsini xatırlatsa da, xatirələrə çox dalmayıb yaxın zamanda “Nar Mobile” abunəçilərinə də şad xəbərlər, yeni kampaniyalar, sərfəli tariflər diləyirik.

Viral, reklamlar, gizli rəqabət, mətnaltı atmacalar – bütün bu qeyd olunan və olunmayanlar rəqabətin əsas elementləri hesab oluna bilər, amma 100% əsası deyil. Əsas o rəqabətin hədəfi olan abunəçilərin məmnunluğu, rahatlığı və istəkləridir. //Ellada Mustafayeva

Aid olduğu bloglar

Mobil marketing

Mobil dünyada aparılan reklam kompaniyaları, mobil marketing haqqında yeniliklər, blog yazıları.

Rəsmi tag: Mobil

Oxucuları
9
Başlıqları
82
Reytinq
1.19

Redaktorun Seçimi

Seçilmiş yazıların toplandığı bloq

Oxucuları
1
Başlıqları
58
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər