Facebook qrupları ödənişli ola bilər


Facebook-un qrupları ödənişli hala gətirəcək yeni bir abunəlik sistemi üzərində çalışdığı açıqlandı.

Dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook pul qazanmaq üçün hər ötən gün fərqli üsullar sınamağa davam edir. Bunlardan biri isə qruplara aylıq ödənişli abunəlik sistemi olaraq qarşımıza çıxması oldu. Verilən açıqlamaya əsasən Facebook qrupların aylıq abunəlik sistemi ilə müəyyən bir məbləğ ödənməsi məsələsi üzrə çalışır.
Facebook qruplarına aylıq abunəlik haqqı gəlir

Yeni test edilməyə başlanan xüsusiylə birlikdə qrup idarəçiləri Azərbaycan pulu ilə 70 manata qədər üzvlük ödənişi tələb edə biləcəklər. Üzərində işlənən sistemə görə qrup idarəçiləri, istifadəçilərdən 4 və 30 dollar arasında bir üzvlük ödənişi ala biləcək. Yəni müəyyən bir qrupun məzmunundan faydalanmaq istəyənlər bunun üçün aylıq ödəniş etmək məcburiyyətində qalacaqlar və Faceook isə bu ödənişdən pay alaraq gəlir əldə edəcək.
Abunəlik sisteminin test müddətində valideyn, yemək bişirmə və ev təmizliyi ilə bağlı olan qruplar yer alır. Facebook-un açıqlamasına görə yeni funksiya ilə birlikdə qrupların inkiaf etməsi üçün zamanların çoxunu xərcləyən idarəçilər eyni zamanda bu işdən gəlir əldə edə biləcək. Beləcə daha keyfiyyətli məzmunlar yaradılacaq və paylaşılacaq.
İndi bu özəllik hələ sınama mərhələsində olduğu üçün istifadəçilərdən hərhansı bir ödəniş tələb edilməyəcək. Əgər müəyyən qruplardakı test mərhələsi uğurlu olarsa, və maliyyə olaraq bir fərq yaradarsa, davamlı vaxt keçirdiyimiz Facebook qruplarından istifadə edə bilmək üçün 70 manata yaxın bir ödəniş etmək məcburiyyətində qala bilərsiz. Bu günə qədər ödənişsiz olan Facebook qruplarına ölkəmizdə kim pul vermək istəyər, bu da ayrıca məsələ.

Aid olduğu bloglar

Facebook

Facebook sosial şəbəkəsindən son xəbərlər.

Oxucuları
11
Başlıqları
203
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər