#SupTalks: "Facebook"un meneceri Bakıda yerli startuplarla görüşdü

28 dekabr 2017-ci il tarixində «Next Step» İnnovasiya Mərkəzində Azərbaycanın ilk startap akseleratoru olan «SUP Accelerator»un təşkilatçılığı ilə keçirilən "#SupTalks" adlı tədbirin mövzusu texniki startuplar üçün məhsulun artımını necə sürətləndirmək olub.

Bu dəfəki qonaq spiker isə San-Fransiskodan «Facebook» şirkətinin proqram məhsulları üzrə meneceri Dianna Yau olub

Panel müzakirələr, əsasən araşdırma, məlumat analizi, bazar analizi, biznes modelləri tapmaq, tələbatın yaranması, məhsul bazarının uyğunluğu və uğurlu marketinq vasitəsilə məhsulun artımını sürətləndirmək üçün müxtəlif üsulları əhatə edib.

Görüş zamanı «Facebook» şirkətinin proqram məhsulları üzrə meneceri xanım Yau, həmçinin, Azərbaycanın texnoloji sahibkarları ilə fikir mübadiləsi aparılıb.

Aid olduğu bloglar

Facebook

Facebook sosial şəbəkəsindən son xəbərlər.

Oxucuları
11
Başlıqları
203
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər