Facebook sizin hansı posta nə qədər vaxt ərzində baxdığınızı ölçəcək

Çox güman ki, siz xəbər lentinizdə göstərilən hər postu like/share/comment etmirsiniz, hətta sizə maraqlı olan xəbər olsa belə. Məsəl üçün, hansısa ölkədə baş vermiş zəlzələ haqqında post. Bu xəbərə like düyməsini basmaq sizin üçün qəribə gəlir, və eyni zamanda bir rəy bildirmək də istəmirsiz. Lakin, bu o demək deyil ki, siz baş verənlərə biganəsiniz.
Facebook
Bunu anlayaraq, Facebook xüsusi alqoritmlərinin köməyi ilə yeni ölçü əlavə edir: hər hansı bir posta baxarkən, like/share/comment/click edib etməməyinizdən asılı olmayaraq, nə qədər vaxt sərf etdiniz.

Bildirilir ki, lentinizdə hər hansı bir dramatik dəyişikliklər olmayacaq, ən azı, yaxın zamanlarda. Hər hansı bir dataya üstünlük verilməsi uzun müddətli analiz tələb edəcək. Həmçinin, Facebook nəzərə almalıdır ki, istifadəçilər səhifədə qalaraq, kompüteri tərk edə bilərlər, və ya başqa işlə məşğul ola bilərlər.

Aid olduğu bloglar

Facebook

Facebook sosial şəbəkəsindən son xəbərlər.

Oxucuları
11
Başlıqları
197
Reytinq
0.00

1 şərh

funnyjokes
Thank you for your sharing. Thanks to this article I can learn more things. Expand your knowledge and abilities. Actually the article is very practical. Thank you!
avengers infinity war quotes

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər