"Facebook" yeni reklam platforması "Atlas"ı təqdim etməyə hazırlaşır


Facebook, online reklam mövzusunda Google-a qarşı ciddi şəkildə hücuma keçmək niyyətindədir. Belə ki, şirkət ötən il satın aldığı "Atlas"ı yeni reklam platforması olaraq təqdim etməyə hazırlaşır.

Məlumata görə, Facebookun Atlas adındakı yeni platforması reklam verənlərin internetdə daha rahat şəkildə hədəf auditoriyaları tapmağına yardımçı olacaq. Facebookun Atlas-ı gələn həftə New Yorkda keçiriləcək Advertising Week-də təqdim edəcəyi gözlənilir.

Facebookun Atlas platformuyla əlaqədar planları, online reklam sahəsində xüsusilə Google ilə rəqabətində yeni mərhələdə olduğunu göstərir.

Aid olduğu bloglar

Facebook

Facebook sosial şəbəkəsindən son xəbərlər.

Oxucuları
11
Başlıqları
203
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər