Facebook video reklam platformasını satın aldı


Facebook-un növbəti satınalma hədəfi LiveRail oldu. Facebook online video reklam platformasına nə qədər ödədiyini açıqlamasa da, TechCrunch bu məbləğin 500 milyon dollar olduğunu iddia edir.

LiveRail online video reklam platformasıdır. 2007-ci ildə qurulan startup bu günə qədər ümumilikdə 12 milyon dollar sərmayə alıb.

Facebookun mart ayından tətbiq etdiyi premium video reklam xidmətini inkişaf etdirmək üçün aldığı LiveRail texnologiyasıyla video məzmunda RTB xidməti təqdim edir. Fərqli platformalardan təklifləri qiymətləndirən texnologiya istifadəçiyə optimal reklamı təqdim edir.

Bu satınalmanı tək cümləylə ifadə etsək, televiziya reklam bazarının internet reklamlarla əvəzlənməsi daha da intensivləşəcək.

Aid olduğu bloglar

Facebook

Facebook sosial şəbəkəsindən son xəbərlər.

Oxucuları
11
Başlıqları
197
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər