“Facebook”dan iOS istifadəçiləri üçün offline paylaşma funksiyası


Uzun bir təyyarə səfəri zamanı ya da metroda offline ikən ağılınıza gələn parlaq fikri “Facebook” dostları ilə bölüşmək üçün artıq internet bağlantısına ehtiyac yoxdur. Belə ki, “Facebook”un iOS versiyası üçün yayımlanan yenilənmə ilə bir neçə yeni xüsusiyyət əlavə olunub. Bunların başında istifadəçilərin təyyarə rejimində və ya offline olduğu zamanlarda paylaşma etməsi gəlir. Digər xüsusiyyət isə paylaşımların ön izləməsinin edilməsi və xəbər axışının daha sürətli yüklənməsidir.

“Facebook”un iOS tətbiqindəki dəyişikliklər bunlarla bitmir. “TechCrunch”ın xəbərinə görə, “Facebook” paylaşma etdikdən sonra əlaqəli məzmunları görməni təmin edəcək təklif səhifələri üzərində işləyir.

“Facebook”un offline paylaşma xüsusiyyəti, “iPhone”unuz təyyarə rejimində olduqda belə, fərdi mesaj sahənizi istifadə etməyə imkan verir. Etməniz lazım olan yalnız paylaşımınızı yazmaq və post etməkdir. İnternet bağlantısı yarandıqda “Facebook” özü bu statusu dostlarınızla paylaşır. “Facebook”un offline paylaşımları qeyd etməsi, təhlükəsizlik, fəlakət və təcili vəziyyətlərdə fərq yarada biləcək bir xüsusiyyət kimi görünür.

Paylaşımların ön izləməsi xüsusiyyəti isə “Facebook” iOS tətbiqində oxuduğunuz, dinlədiyiniz, izlədiyiniz bir məzmunu paylaşmadan əvvəl təklif olunan hər hansı bir linki silməyinizi təmin edir.

“Facebook” iOS tətbiqindəki digər əhəmiyyətli dəyişikliksə hələ test mərhələsindədir. Belə ki, “Facebook”, xəbər axışını zənginləşdirəcək məzmun kartları üzərində işləyir. “Facebook”un bu məzmun kartları, dostluğunuzda sizinlə eyni filmi izləyən, eyni məkana gedən, kitabı oxuyan ya da musiqini dinləyən kəslər haqqında sizi məlumatlandırır.

Aid olduğu bloglar

Facebook

Facebook sosial şəbəkəsindən son xəbərlər.

Oxucuları
11
Başlıqları
197
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər