“Facebook” mobil dünyada liderlik edir



Araşdırmalara görə mobil cihazlarda xərclənən vaxtın böyük bir qisimi tətbiqlərə sərf olunur. Bunlar arasında da “Facebook”un payı olduqca çoxdur.

“Flurry” şirkətinin apardığı son araşdırma da sosial şəbəkənin bu sahədəki liderliyini bir dəfə daha ortaya çıxarıb.



“Android” və “iOS” cihazlar təməl alınaraq reallaşdırılan araşdırmada, istifadəçilərin internetə bağlı mobil cihazlarda xərclədikləri müddətlər kateqoriyalara və tətbiqlərə görə ayrılır. Xərclənən zamanın 86 %-i mobil tətbiqlərdə gedərkən yalnız 14 %-lik bir hissəsi mobil brauzerlərə xərclənir. Proqramlar arasında isə 32 %-lik pay ilə ilk olaraq oyun kateqoriyası yer alır.

Oyunları nəzərə almasaq “Facebook” 17 %-lik payla mobil tətbiqlər arasında liderlik edir. Araşdırmaya əsasən vaxtın 4 %-i “Youtube”a, 1.5 %-i isə “Twitter”ə sərf olunur. “Facebook”un bu sahədə lider olmasına baxmayaraq sərf olunan vaxtın keçən ilə görə az olduğu bildirilir.

Aid olduğu bloglar

Facebook

Facebook sosial şəbəkəsindən son xəbərlər.

Oxucuları
11
Başlıqları
197
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər