Facebook video reklamlarla bağlı məlumat yaydı



Bir müddətdir Facebookun video reklamlarının başlayacağı danışılırdı. Daha əvvəl bir neçə dəfə təxirə salınan video reklam mövzusuna sonunda Facebookun blogunda rəsmi məlumat verilib. Facebookun açıqlamasına görə, hazırda kiçik bir reklamveren qrupuna açıq olan bu xüsusiyyətin ilk canlı testləri aprel və ya may aylarında başlayacaq. 15 saniyəlik bu video reklamlar avtomatik olaraq başlayacaq.

Bu reklamverənlər üçün gözəl bir xəbər olsa da istifadəçilərin reaksiyasının necə olacağı məlum deyil. Facebook isə bu mövzuyla əlaqədar video reklamların istifadəçilər üçün narahat edici bir təsiri olmayacağını söyləyir.

Həmçinin, Facebook, video reklamların necə görünəcəyinə dair bir də video yayımlayıb. Videolar səssiz başlasa da, xəbər axışı içərisində avtomatik olaraq başladığı üçün istifadəçilərin diqqətini çəkəcək. Ardından istifadəçilər ya xəbər axışını sürüşdürərək videonu keçə biləcək, ya da üzərinə toxunaraq reklam videosunu tam ekran olaraq izləyə biləcəklər. Video tam ekran halına gəldiyində səs də avtomatik olaraq açılacaq. İstifadəçilərə bir gündə üçdən çox video reklam göstərilməyəcək.

www.facebook.com/business/news/Premium-Video-Ads-on-Facebook

Aid olduğu bloglar

Facebook

Facebook sosial şəbəkəsindən son xəbərlər.

Oxucuları
11
Başlıqları
197
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər