Facebook, AdSense-ə bənzəyən mobile reklam şəbəkəsi qurur


Facebook, üçüncü tərəf tətbiqlərdə reklamları test etməyə başladığını açıqladı. Bunun üçün reklam verənlərlə birbaşa çalışan Facebook öz mobil reklam şəbəkəsini yaratmağı planlaşdırır.

Facebook bu yeni reklam yanaşmasıyla istifadəçilərin daha əlaqəli reklamlar görməsini və Facebook reklam verənlərinin daha çox istifadəçiyə çatmasını qarşısına məqsəd qoyur. Digər tərəfdən mobil tətbiq developerləri üçün də, öz məhsullarından pul qazanmaq üçün böyük bir fürsət yaratmış olacaq.

Facebook daha əvvəl də bənzər sınaqlar etdiklərini amma indi üzərində çalışdıqları modelin fərqli olduğunu və daha çox gələcək vəd etdiyini söyləyir. Çünki Facebook bu reklamlar üçün kənardan bir reklam platformasını istifadə etmir və reklam verənlər, reklam yayımlayanlar ilə birbaşa olaraq çalışır. Bu da Facebookun öz mobil reklam şəbəkəsini qurmağa çalışdığının əhəmiyyətli göstəricisidir.

Facebook bu test müddətində məhdud reklam verənlə çalışdığını ifadə edərkən bu reklamların üçüncü tərəf tətbiqlərdə hansı formada yer alacağı ilə bağlı hər hansı bir detal vermir. Ancaq Facebookdakı hal-hazırki vəziyyəti nəzərə alanda düşünmək olar ki, Facebook öz məlumatlarını kənara daşıyacaq və istifadəçilərin yaş, cins, maraq dairəsi və s. kimi məlumatlarından faydalanacaq.

Facebook, reklamlarını sosial şəbəkə xaricində də həyata keçirərək reklam verənlərə Facebookun əslində reklamlar üçün həm sosial şəbəkə içində həm də xaricində nə qədər uyğun bir platforma olduğunu göstərmək istəyir. Xüsusilə son zamanlarda mobili sahiblənərək mobil reklam gəlirlərini artırmağa çalışan Facebook, öz mobil reklam şəbəkəsini quraraq yalnız öz tətbiqindən deyil digər tətbiqlər üzərindən də gəlir əldə edəcək.

Aid olduğu bloglar

Facebook

Facebook sosial şəbəkəsindən son xəbərlər.

Oxucuları
11
Başlıqları
197
Reytinq
0.00

Mobil marketing

Mobil dünyada aparılan reklam kompaniyaları, mobil marketing haqqında yeniliklər, blog yazıları.

Rəsmi tag: Mobil

Oxucuları
9
Başlıqları
80
Reytinq
1.19

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər