Facebook, Wordpress plugini yayımladı


Facebook, WordPress əsaslı bloglar üzərindəki content-in sosial şəbəkədə daha rahat paylaşmasına imkan verən yeni bir WordPress plugin-i yayımladı. Bu barədə developer blogundan məlumat veriblər. Facebook tərəfindən müxtəlif open source ortaqlarının da qatqısıyla hazırlanan bu plugin bir çox WordPress əlavəsi kimi asan bir şəkildə quraşdırılır.

Bu əlavə qurulduqdan sonra WordPress əsaslı blog sahiblərinin yazdıqları hər yazı TimeLine-da və ya idarə etdikləri Səhifələrdə avtomatik olaraq nəşr olunacaq. Mobil dostu bu əlavə bir yazıya Facebook Şərhlər imkanını da tanıyır. Ayrıca aralarında Tövsiyələr Qutusu, bəyən, göndər və abunə ol düymələri kimi müxtəlif komponentlər də əlavənin təqdim etdikləri arasındadır.

Facebookun WordPress pluginin endirmək üçün WordPress əlavə səhifəsinə nəzər salmaq kafidir. Ayrıca Facebook üzərində də bu əlavənin necə yüklənib istifadə edildiyini izah edən tutorial da var.

Aid olduğu bloglar

Facebook

Facebook sosial şəbəkəsindən son xəbərlər.

Oxucuları
11
Başlıqları
203
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər