Oracle Day Konfransı: texnologiyaların gələcəyi artıq Azərbaycan təşkilatları üçün mövcuddur


Azərbaycanda Oracle günləri proqramı sifarişçilərə ən yaxşı təcrübə və texnologiyaları təqdim etdi və tərəfdaşların təcrübəsini artırmağa kömək etdi.
Azərbaycanın paytaxtında mayın 15-də keçirilən Oracle Day biznes konfransında ölkənin aparıcı şirkətlərinin 150-dən çox İT rəhbərləri bütün müasir İT istiqamətləri ilə tanış olmaqla yanaşı, eləcə də texnologiyaların gələcəyinə nəzər salmış oldular.
«Gələcək bu gün» — Azərbaycanda Oracle Day-in şüarıdır. Dünya böyük məlumatlar, süni intellekt, maşın öyrənmə, əşyaların interneti, prediktiv analitika, bulud hesablamaları kimi texnologiyaların ənənəvi biznes-modellərin, proseslərin və həllərin stereotiplərini dağıtdığı rəqəmsal dövrə qədəm qoydu.
Oracle şirkətinin Mərkəzi Asiya və Qafqaz üzrə Regional Direktoru Dmitri Smirnov qeyd etdi: «Bu gün texnologiyalar yaşadığımız və işlədiyimiz tərzi dəyişir və hətta bütün sənaye sahələrini belə transformasiya etdirir. Oracle yalnız tendensiyaları təqib etmir, həm də onları formalaşdırmaqla gələcəyi yaxınlaşdırmağa kömək edir. Biz bütün sahələr üzrə ən son texnoloji nailiyyətləri təklif edirik və onları Azərbaycanda təqdim etməkdən məmnunluq hissi duyuruq. Azərbaycan müştərilərinin yeni texnologiyalara göstərdiyi maraq Azərbaycanın böyük potensiala malik bir ölkə olduğunu əminliklə söyləməyə imkan verir».
Konfrans proqramı IT-infrastrukturunun müasirləşdirilməsi üçün ən son yenilikləri və həlləri əhatə edir və bunlar hər bir rəhbərə öz biznesini rəqəmsal dövrdə dəyişməyə imkan verir. Çıxışların əsas mövzusu aşağıdakılar idi:

Ən yeni SUBD Oracle Database 18c-in qabaqcıl imkanları və inqilabi yenilik — avtonom məlumat bazası.
Big Data sahəsində yeni həllər, əvvəlkindən daha tez və daha ucuz məlumatların böyük həcmini saxlamağa və emal etməyə imkan verən, eləcə də Business Intelligence və vizual analitika sahəsində yeniliklər.
Hər bir səviyyədə informasiya təhlükəsizliyi, istər gizli sənədlərin sızdırılmasından, istərsə də korporativ məlumatların oğurlanmasından müdafiə və ya şəxsi məlumatların qorunması. Süni intellekt texnologiyaları və maşın öyrənməsi texnologiyaları artıq təkmilləşib və analitiklərin proqnozlarına əsasən bütün bazarlara təsir göstərəcək həmin o qabaqcıl yeniliklərdir. Oracle öz sahəsində ilk şirkətdir ki, kibertəhlükələrdən qorunmaq üçün İİ texnologiyalarını təklif etməyə başladı.
Konfransın sponsorları qismində Oracle tərəfdaşları çıxış etdi — CASPEL, Softline, KoçSistem, R.I.S.K. Company, MUK, SINAM.
Müştərilər üçün konfransdan əlavə, regiondakı aparıcı tərəfdaşlar və distribüterlər üçün Bakıda tərəfdaş konfransı Oracle Partner Day keçirildi.
«Oracle ölkədə peşəkar tərəfdaşlara malikdir, onlar ən qabaqcıl texnologiyaların tətbiqinə və Oracle ilə biznesin inkişafı üçün böyük perspektivlərə baxmağa hazırdırlar.” – deyə Rusiya və MDB üzrə Oracle şirkətinin tərəfdaşlarla iş üzrə direktoru Yuri Tolstıx vurğuladı. „Və şirkət öz gücünü və resurslarını onları dəstəkləməyə, inkişaf etdirməyə və öyrətməyə yönəldir“.
Oracle korporasiyası biznes transformasiyasında aparıcı rol oynayan böyük məlumat analitikası, maşın öyrənməsi, əşyaların interneti, süni intellekt də daxil olmaqla demək olar bütün qabaqcıl texnologiyalardan səmərəli istifadəyə yardım edən həlləri müştərilərə təqdim edir, eləcə də müəssisələrə və təşkilatlara bütün iş yükünü buludlara ötürməyə imkan verən Oracle Cloud adlı ən yeni bulud xidmətlərinin portfoliosunu və tam inteqrasiya texnologiya yığınını (inteqrasiyalı texnologiyaların və məlumatlar bazasının biznes tətbiqlərindən tutmuş proqram-aparat komplekslərinə qədər) təqdim edir.
Oracle korporasiyası haqqında
Oracle Cloud tam ERP, HCM və SaaS tətbiqlərinin CX-komplekslərini, eləcə də məlumat mərkəzlərində PaaS və IaaS xidmətlərinin ən yaxşılarını bütün dünya üzrə Şimali və Cənubi Amerikada, Avropa və Asiyada təklif edir. Oracle (NYSE: ORCL) şirkəti haqqında daha ətraflı məlumat üçün www.oracle.com/ru saytına daxil olun.
Ticarət nişanları
Oracle və Java Oracle korporasiyasının və / və ya ona daxil olan şirkətlərin qeydə alınmış ticarət nişanlarıdır. Digər adlar müvafiq sahiblərin ticarət nişanları ola bilər.

Aid olduğu bloglar

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
241
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər