“Ada mirası: informatikada qadınlar” mövzusunda III ənənəvi tədbir keçiriləcək


Azərbaycan ACM Bölməsi və ADA Universiteti ACM Tələbə Bölməsi hər kəsi 21 aprel “Ada mirası: informatikada qadınlar” mövzusunda 3-cü ACM tədbirinə dəvət edir. İnformatikada qadınların iştirakını təbliğ edən beynəlxalq “womENcourage 2018” konfransı ərəfəsində ACM-W Avropanın dəstəyi ilə keçiriləcək bu tədbir saat 11.00-da, ADA Universitetinin böyük konfrans zalında başlayacaq. Daha geniş azerbaijan.acm.org/womencourage ünvanında məlumat almaq mümkündür.

“Ada mirası: informatikada qadınlar” ilk kompüter proqramçısı hesab olunan ingilis riyaziyyatçısı Ada Lavleysin (Ada Lovelace, 1815-1852) adı ilə bağlıdır. ADA Universitetində artıq 3-cü il keçirilən tədbirin məqsədi texniki sahələrdə təhsil alan və ya işləyən xanımları bir araya gətirərək, beynəlxalq “womENcourage 2018” konfransında iştirak etməyə həvəsləndirməkdir. 2016-cı ildə keçirilən birinci tədbirdən sonra 5 azərbaycanlı tələbə səfər təqaüdü qazanaraq ilk dəfə bu beynəlxalq konfransda iştirak etdi, ötən il isə bu say artıq 7 nəfərə çatdı.

Bu il qlobal ACM-W təşkilatının sədr müavini, Bilkent Universitetinin müəllimi Reyyan Ayfer “Ada mirası”nın qonağıdır. Tədbirdə Barselonadakı ötənilki “womENcourage” konfransında iştirak etmiş tələbələr öz təcrübələrini bölüşəcəklər. Həmçinin informatikanın tədrisi istiqamətində “Kod Saatı”, “Bebras” müsabiqəsi və “LEGO” robotlarının istifadəsi barədə çıxışlar olacaq. Daha sonra konfrans üçün təqdim olunan tədqiqat işləri qiymətləndiriləcək və təqdimatçılara məsləhətlər veriləcək. Tədbirin işçi dilləri Azərbaycan və ingilis dilidir.

Beynəlxalq “womENcourage” konfransı bu il 3-5 oktyabr Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək. Konfrans informatikada öz nailiyyətlərini təqdim etmək və təcrübələrini bölüşmək üçün xanımları bir araya gətirir. Daha geniş məlumatı womencourage.acm.org/ ünvanından almaq olar. Hər il “womENcourage” həm də bakalavr, magistr və dokotrantura tələbələrini (qadın və ya kişi olmasından asılı olmayaraq) informatikanın istənilən istiqaməti üzrə öz tədqiqatlarını poster şəklində təqdim etməyə dəvət edir. Posterləri qəbul olunmuş iştirakçılar konfransda qeydiyyat haqqını da əhatə edən səfər təqaüdü üçün müraciət edə biləcəklər.

Azərbaycan ACM-W Bölməsinin sədri, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sektor müdiri Ulduzə Xəlilova izah edir: “Üç il sonra nəhayət ki, bu beynəlxalq konfransda Azərbaycandan olan tədqiqat posterlərini görmək istərdik. Ümid edirik ki, Bakıdakı tədbirdə səslənən tövsiyyələr qızlarımızın posterlərinin konfransda iştirak üçün seçilməyinə kömək edəcək”. Əgər tədqiqatınızın posterini göndərməzdən əvvəl “Ada mirası: informatikada qadınlar” tədbirində mütəxəssislərin rəyini öyrənmək istəyirsinizsə, 16 aprel, saat 18.00-a qədər azerbaijan.acm.org/womencourage səhifəsindəki formanı dolduraraq göstərilən e-poçt ünvanına yollayın.

Aid olduğu bloglar

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
241
Reytinq
1.13

1 şərh

wingsio
That is the article I was looking for. Your article gives me another approach on this issue. I hope to read more articles from you. abcya

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər