Azərbaycanda ilk dəfə keçirilən 3D oyun müsabiqəsinin qalibləri


Cari ilin 12 yanvar tarixində 2017-ci ilin noyabr ayının əvvəlindən start götürən “Hackathon Azerbaijan” komandasının təşkilatçılığı ilə keçirilən Game Jam müsabiqəsinin final mərasimi keçirilib.
İlkin olaraq müsabiqədə iştirak üçün 53 komanda müraciət etsə də Təşkilat Komitəsi tərəfindən seçim zamanı isə bu komandalardan 42-i yarışda mübarizə aparmaq və müsabiqə çərçivəsində keçiriləcək təlimlərdə iştirak hüququ qazanıb.

Noyabrın 25-dən dekabrın 17-nə qədər davam edən təlimlərdə iştirakçılara ideyadan məhsula aparan yol, 3D oyun proqramlaşdırılması, Unity 3D, kompüter qrafikasına giriş, oyun sənayesinin riyazi əsasları, 3D texnologiyaları, oyun proqramlaşdırılmasından gəlir əldə edilməsi yolları və s. mövzular tədris olunub.
Təlim sessiyalarını uğurla başa vuran iştirakçılar yazdıqları oyun tətbiqlərinə dair xüsusi təqdimatla münsiflər heyəti qarşısında çıxış ediblər, seçilən iştirakçılar finalda mübarizə hüququ qazanıb. Yarışma qaliblərinə qiymətli hədiyyələrin, əsas qalibə isə pul mükafatı və xüsusi hazırlanan kubok təqdim olunub.
Qalib komandaların adlarını və təqdim etdikləri oyunlar barədə məlumatı təqdim edirik:

I yer: “Stolen Crown” oyunu
Komanda: Mad Bots
II yer: “Mirror Man” oyunu
Komanda: LC Game studio
III yer: “Cartoon City” oyunu
Komanda:Fire Wings

IDRAK Texnoloji Transfer şirkətinin baş sponsorluğu ilə keçirilən müsabiqə müddətində aktivliyi ilə fərqlənən digər komandalara da həvəsləndirici mükafatlar və hədiyyələr təqdim olunub.
Məlumat üçün qeyd edək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. “Hackaton Azerbaijan" Təşkilat Komitəsindən verilən məlumata əsasən, layihə çərçivəsində bundan sonra da İKT sahəsində kadr potensialının artırılması, müvafiq sahədə potensial proqramçıların üzə çıxarılması istəqamətində işlər aparılacaq, müsabiqə və stimullaşdırıcı yarışmalar keçiriləcək.

Aid olduğu bloglar

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
239
Reytinq
1.13

1 şərh

banti7997
Get here the latest file explorer it is the amazing app for you guys you can create the most folder and save the file forever go the site here windows file explorer and find the documents without any problem share the app all web users.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər