3000 AZN qazandıran “Game Jam” müsabiqəsinin qeydiyyat mərhələsi yekunlaşmaq üzrədir


“Hackathon Azerbaijan” layihəsi çərçivəsində həyata keçirilən “Game Jam” müsabiqəsinə qeydiyyat mərhələsinin başa çatmasına sayılı günlər qalıb. Belə ki, cari ilin 1 noyabr tarixində start götürən müsabiqənin qeydiyyat mərhələsi 17 noyabr tarixində yekunlaşır.

Böyük maraqla qarşılanan müsabiqəyə qeydiyyat gamejam.hackathon.az saytı vasitəsilə aparılır. Qeydiyyat mərhələsi yekunlaşdıqdan sonra, seçim turundan müvəffəqiyyətlə keçən komandalar üçün Noyabr ayının sonunda etibarən Qərbi Kaspi Universitetinin tədris binasında xüsusi təlimlər keçiləcək. Təlim və təlimçilərlə bağlı ətraflı məlumatı bu keçidlərdən (https://www.facebook.com/HackathonAze/events/, gamejam.hackathon.az/telimciler/) əldə edə bilərsiniz.

Qeyd edək ki, “IDRAK” Texnoloji Transfer şirkətinin baş sponsorluğu ilə keçirilən «Game Jam» müsabiqəsinin mövzusu isə 3D oyunlar, 3D simulasiya və kompüter qrafikasıdır. Müsabiqənin keçirilməsində məqsəd bu sahədə kadr potensialının artırılması, müvafiq sahədə potensial proqramçıların üzə çıxarılmasıdır.
2018-ci ilin Yanvar ayının əvvəllərində isə qaliblərin seçimi və final mərasimi planlaşdırılır. Yarışma qaliblərinə qiymətli hədiyyələrin, əsas qalibə isə 3000 AZN pul mükafatının verilməsi nəzərdə tutulur.
“IDRAK” Texnoloji Transfer şirkəti istənilən mürəkkəblik səviyyəsində olan informasiya sistemlərinin layihələşdirilməsi, tətbiqi və icrasını reallaşdırır. Şirkətin əsas fəaliyyət prioriteti informasiya texnologiyaları sahəsində anlayışlı, səmərəli və keyfiyyətli infrastruktur həllərinin istifadəçilərə təqdim edilməsidir. "İDRAK" Texnoloji Transfer şirkəti təhlükəsizlik sistemləri, coğrafi (naviqasiya) informasiya sistemləri (GIS), virtual reallıq texnologiyaları, analitik hesabatlar və digər spesifik sahələr üzrə ixtisaslaşmış təcrübəyə malikdir.

Məlumat üçün qeyd edək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

Aid olduğu bloglar

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
237
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər