Bloggerləri bir araya toplayan "Blogstar" 1 yaşını qeyd etdi


«Azərbaycanlı bloggerləri bir araya toplayan yeganə platforma» şüarı ilə fəaliyyət göstərən layihə, Barama İnnovasiya Mərkəzinin startuplarından biri Blogstar yeni platformasının təqdimat gününü və eyni zamanda 1 yaşını qeyd edib.

La Vida Tequila Barda baş tutan tədbir bluehandmade_baku əl işi sırğalar, Mizaru aksessuarları, Ivylane gül mağazası, Aromania.az Online Parfüm Butiki, LəzzətGroup,Yukhulu Pajamas, Melek_ilham, la_creme_baku, ketantablo kimi əməkdaşların dəstəyi ilə baş tutmuşdur. İzləyici tərəfindən sevilən bir çox fashion, beauty blogger və youtuberlər də iştirak etmişdir. Tədbirdə Blogstar.az yeni platforması təqdim edilmişdir.

Tədbir zamanı Blogstarın yeni video çarxı təqdim olunub, blogger və videoqraflar hədiyyələrlə təltif olunub. 1 il ərzində seminar vermiş speakerlərin fikirləri dinlənilib. Speakerlərdən sevilən youtuber Səma Abıyeva blog anlayışından və Blogstarın komandasının bu yöndə gördüyü işlərin önəmindən bəhs etmişdir. Jurnalist və ssenarist Arzu Soltan uğurun insanın öz seçimi olduğunu qeyd edərək Blogstar komandasının da uğuru öz istəyi ilə seçdiyini bildirib.

Aid olduğu bloglar

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
234
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər