Wikibayram - Azərbaycan dilində məzmunun artırılmasına dəstək aksiyası


Sosial mediada Wikipediada Azərbaycan dilində olan məqalələrin artırılması ilə bağlı online aksiyaya start verilib. Təşəbbüskarlar istifadəçilərə aşağıdakı müraciəti ünvanlayıblar:

Vikipediyadan yəqin ki, bir çoxlarımız, bəlkə də hər birimiz, mütəmadi olaraq istifadə edirik. Eyni zamanda, Azərbaycan dilində olan versiyasında bəzən o qədər də çox məlumat tapa bilmirik… Gəlin Vikipediyamızı zənginləşdirməyə kömək olaq.

Bildiyiniz kimi, Vikipediya (http://az.wikipedia.org/) açıq ensiklopediyadır və istənilən şəxs Vikipediyaya məqalələr yaza bilər, mövcud məqalələri redaktə edə bilər, şəkillər yükləyə bilər və digər üsullarla onun zənginləşməsinə yardım edə bilər.

Əslində istənilən növ məqalə, hətta yarımçıq məqalələr belə Vikipediya üçün keçərlidir. Əsas odur ki, istək olsun.

Gəlin 8-9 iyul tarixlərini bütün dünyada azərbaycanlılar həmrəy olaraq vikipediyamıza töhfə verək. Aramızda elə biri tapılmaz ki, vikipediyaya cüzi də olsa kömək edə bilməsin. İstənilən mövzuda — öz ixtisasınıza aid hər hansı bir mövzu, hobbinizə aid, xoşladığınız məşğuliyyət, istənilən məşhur şəxslər barədə və s. istənilən mövzuda vikipediyada məqalələr yarada bilərsiniz.

İştirak qaydaları:
1. 8 və ya 9 iyul tarixində (şənbə və bazar günü) istənilən məkanda dostlarınız və ya yaxınlarınızla öz kompüterinizlə vikipediyanın Azərbaycan dilində olan versiyasına ən azı bir məqalə yerləşdirin və ya mövcud məqaləni redaktə edin. Yaxud, bildiyiniz xarici dillərdə olan versiyasına Azərbaycanda olan istənilən bir şey barədə (şəhərlərimiz, adət-ənənələrimiz, tarixi abidələr və s. ) məqalə yazın.
2. Üzərində işlədiyiniz məqalənin URL ünvanını və #WikiBayram və #vikipediya həşteqi ilə birgə Twitter və ya Facebookda paylaşın.

Öz dost-tanışlarınızı da cəlb etməyi unutmayın.

Tədbir zamanı şəkillər də paylaşa bilərsiniz (ya bu tədbir səhifəsində ya da yuxarıdakı həşteqdən istifadə etməklə öz səhifənizdə).

Məqalə yaratmaq üçün videodakı təlimatdan istifadə edə bilərsiniz:

Aid olduğu bloglar

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
237
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər