Maliyyə və texnologiyanın vəhdəti: Bakıda "Fintech həftəsi" keçirildi


Cari ilin 29 oktyabr tarixində Bakıda indiyə qədər dünyanın 20-dən çox ölkəsində reallaşdırılan Fintech həftəsi keçirilib.

SUP AcceleratorBarama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən «Fintech Baku Həftəsi»ndə əsas diqqət son dövlər maliyyə sektoruna baş verən innovativ yeniliklərə və sürətlə inkişaf edən start-up sahəsinə yönləndirildi.

Tədbirin məqsədi aparıcı mütəxəssislərin köməkliyi ilə maliyyə sahəsinin gələcəyi, innovasiya imkanları və onların tətbiqi haqqında fikir mübadiləsi aparmaq, gənclərin bu sahə ilə bağlı yeni ideyalarına dəstək vermək, stimullaşdırmaq idi.


Tədbirə çıxış edən, Türkiyənin məşhur virtual POS xidməti İyzico-nun məhsul və biznesin inkişafı üzrə nümayəndəsi Emre Talay Azərbaycan bazarının regionun ən sürətlə inkişaf edən bazarı olduğunu bildirdi. E.Talayın sözlərinə görə hazırda Azərbaycan şirkətləri ilə potensial əməkdaşlıq imkanları müzakirə olunur. Bu baxımdan İran bazarından sonra növbəti əməkdaşlıqlarını Azərbaycan şirkətləri ilə davam etdirməyi düşünürlər.

SUP Accelerator-un həmtəsisçisi Məmməd Kərimov isə öz növbəsində startup-ların ixtisaslaşma məsələsinə toxunub: "Əvvəllər startuplar barədə ümumi danışılırdı. Çox xoşdur ki, artıq ixtisaslaşma gedir və biz indi startup-ların spesefik sahələr üzrə inkişafından danışırıq".

«Fintech Baku Həftəsi»ndə çıxış edən digər spikerlər -Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov, «Modenis» MMC (eManat) -nin direktoru Ruslan Talıbov, Nikoil Bankın idarə heyətinin sədri Nikoloz Şurgaia da bu cür tədbirlərin təcrübə paylaşımı və müzakirə baxımından effektivliyi, yeni innovativ ideyaların yaranması üçün əhəmiyyətli olduğunu bildiriblər.

2 paneldən ibarət tədbir iştirakçıların sualları və müzakirələrlə davam edib.





Məlumat üçün qeyd edək ki, "Fintech"- «Financial Technology» ifadəsinin qısaltmasıdır. Bu anlayış, texnologiyanın maliyyə sahəsi ilə əlaqəsini ifadə edir. Mobil ödəmə sistemləri, online təcrübə vasitələri, gündəlik büdcə tətbiqləri kimi bir çox fərqli sahədə maliyyə texnologiya vəhdətini təqdim edir. FinTech — maliyyə xidmətlərin daha yaxşı, daha sürətli və daha asan reallaşdırılması məqsədilə maliyyə və texnologiyanın bir araya gətirir.

Aid olduğu bloglar

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
241
Reytinq
1.13

2 şərh

sarangkaith
ABŞ-da 10 ildən çox müddətə sahibkarlıq edirəm və başlanğıcın əhəmiyyətini bilirəm. Maliyyə sektorunda başlanğıcın yerləşdirilməsi üçün SUP Accelerator və Barama İnnovasiyalarını təbrik edirəm. Bu cür təşəbbüs sənayeyə inqilab edəcək yaradıcı ideyalara sahib kremli istedad tapmaq üçün sizə kömək edir. Məlumatlı məlumatları paylaşdığınız üçün sizə təşəkkür edirəm və mən də mütləq başqaları ilə bölüşəcəyəm. Xahiş edirik ziyarət edin: Appsmiths Reviews
samuelmarcus
Through this post, I know that your good knowledge in playing with all the pieces was very helpful. I notify that this is the first place where I find issues I've been searching for. You have a clever yet attractive way of writing. If you really wanna know how to get free YouTube subscribers then visit us.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər