Azərbaycan qadınlarının İKT Klubu 2016-cı ildə ilk iclasını keçirib


“Baku Grand Prix” şirkətinin ofisində “Azərbaycan qadınlarının İKT Klubu – FEMMES DIGITALES” cari ilin ilk iclasını keçirib. Ənənəyə əsasən, klubun hər iclası təşkilatın bir üzvü tərəfindən təşkil edilir.

“B.EST Solutions” şirkətindən bildirilib ki, növbəti yığıncaqda klubun təsisçisi, şirkətin rəhbəri Yana Krimpe klubun üzvləri ilə cari ilin birinci yarımilliyində nəzərdə tutulmuş planları bölüşüb. Bildirib ki, klub ümumtəhsil məktəblərinin 9-11-ci siniflərdə təhsil alan qızlarla görüşlərin keçirilməsi və onların İKT peşələri üzrə təhsillərini davam etdirməsi, bu sahədə karyera qurmağa cəlb edilməsi ilə bağlı müvafiq qurumlarla danışıqlar aparır. İlkin mərhələdə görüşlərin Bakıda keçirilməsi planlaşdırılsa da, yaxın gələcəkdə bu cür görüşləri regionlarda, ucqar kəndlərdə keçirmək və buna ali təhsil ocaqlarının tələbələrini də cəlb etmək istərdik. Eyni zamanda, İKT sahəsində işləyən və təhsil alan xanımlar haqqında məlumat toplamaq məqsədi ilə araşdırma aparmaq niyyətindəyik. Bu da bizə İKT sahəsində qadınların iştirakı üzrə dəqiq statistika aparmağa, qızlar arasında bu sahənin peşələri ilə bağlı mövcud stereotipləri və qorxuları aradan qaldırmağa imkan verəcək. Məqsədimiz, Azərbaycanın İKT sektorunda uğurlu fəaliyyət göstərən xanımları və qızları örnək göstərərək bu sahənin nə dərəcədə maraqlı, əhatəli və tələbatlı bir fəaliyyət istiqaməti olduğunu nümayiş etməkdir.

“Microsoft Azerbaycan”nın marketinq meneceri Səbinə Pərvizi iclas iştirakçılarını qızlar üçün proqram əlavələrinin yazılması üzrə treninqlərin keçirilməsini nəzərdə tutan “Texnovation” layihəsi ilə tanış edib.
Sonra klubun üzvləri gələn ildən etibarən Azərbaycanın bu layihədə iştirakı barədə qərar qəbul edib, bu istiqamətdə hazırlıq işlərinə başlamaq niyyətində olduqlarını bildirdilər.
Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışlarını təşkil edəcək “Baku Grand Prix” şirkətinin marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai təmsil etdiyi şirkətin təqdimatını keçirib. Həmçinin yarışlara hazırlıq işləri, yarış zamanı istifadə ediləcək innovativ texnologiyalar barədə məlumat verib.

Yığıncaqda 2016-cı il üzrə nəzərdə tutulmuş bir sıra tədbirlər müzakirə edilib.
Qeyd edək ki, 2014-cü ildə yaradılmış və sıralarında Azərbaycanda İKT sahəsi ilə əlaqəli olan “FEMMES DIGITALES” 100-dən artıq qız və qadını birləşdirən ilk peşəkar təşkilatdır.

Aid olduğu bloglar

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
239
Reytinq
1.13

1 şərh

tino27
I enjoyed to visiting your blog. You have done a really nice job. Love the info and I really amazed to have this wonderful post http://www.earlscourt-escorts-girls.co.uk

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər