Nazirliyə yeni nazir əvəzi təyin olundu - SƏRƏNCAM



Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinə yeni şəxs gətirilib. Bu barədə prezidentin bu gün imzaladığı sərəncamda deyilir.


R.N.Quluzadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:

1. Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2015-ci il.


Bu gün saat 12.00-a nazirlikdə iclas çağırılıb. Toplantıda nazirliyə gətirilən Ramin Quluzadə kollektivə tədim olunub.

Qeyd edək ki, prezidentin sərəncamı ilə Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov noyabrın 12-də vəzifəsindən azad edilib.

Trend-in məlumatına görə, Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magist dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.

Aid olduğu bloglar

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
220
Reytinq
1.13

Redaktorun Seçimi

Seçilmiş yazıların toplandığı bloq

Oxucuları
1
Başlıqları
57
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər