Əli Abbasov nazir vəzifəsindən azad edildi


Prezident İlham Əliyev Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama görə, Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.

Sərəncam artıq president.az rəsmi səhifəsində yerləşdirilib:

Ə.M. Abbasovun Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2015-ci il.

Qeyd edək ki, Əli Abbasov 2004-2014-cü illərdə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 7 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilmişdir.

Azərbaycanda informasiya cəmiyyətinə keçidin sürətləndirilməsi və rəqəmsal iqtisadiyyatın formalaşdırılmasında, yeni texnologiyaların, e-hökümət həllərinin tətbiqində və genişzolaqlı şəbəkə xidmətlərinin və İKT üzrə insan resurslarının inkişafında xüsusi əməyi var. “Trans-Avrasiya Super İnformasiya Magistralı”, “Regional İnnovasiya Zonası”, “Azərspace–Telekommunikasiya Peyki” və s. milli və regional layihələrin rəhbəridir.

Beynəlxalq İnformatizasiya və Beynəlxalq Telekommunikasiya Akademiyalarının, 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rəqəmli İnkişaf üçün Genişzolaqlı Rabitə üzrə BMT Baş katibi yanında Komissiyanın, Elektronika və Elektrotexnika Mühəndisləri İnstitutunun üzvüdür.

27 dekabr 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev informasiya-kommunikasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə Əli Məmməd oğlu Abbasovu "Şöhrət" ordeni ilə təltif edib.

Aid olduğu bloglar

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
223
Reytinq
1.13

Redaktorun Seçimi

Seçilmiş yazıların toplandığı bloq

Oxucuları
1
Başlıqları
58
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər