Bakıda "Tech-Tech Xanım" Layihəsinin Növbəti Seminarı Keçirildi

Müasir zamanda informasiya texnologiyaları sahəsinin sürətli inkişafına baxmayaraq, qadınların İKT sahəsindəki payı, xüsusən də Azərbaycanda, olduqca azdır. Və məhz bu səbəbdən WoWoman sosial platformu əsas məqsədi qadınlar arasında da İT sahəsinin məşhurlaşması, qadınların İT xidmətləri bazarında imkanlarının genişlənməsi, onların fikir və təcrübələri ilə bölüşəcəkləri, təqdim olunan İT materialları ilə işləyəcəkləri və bununla da bilgilərini artıracaqlrı məkanın yaradılması olan «Tech-Tech Xanim» layihəsini hazırladı.
Tech-Tech Xanim
Bununla əlaqədar olaraq WoWoman sentyabr ayının 19-u 2015-ci il tarixində Bakıda Yüksək Texnologiya Parkında xanımlar üçün İnsformasiya texnoligiyaları üzrə giriş xarakterli dərs təşkil etmişdir. Bu tədbirin məqsədi, kompyuter texnologiyalarının xanımlar üçün olmadığı düşüncəsinin yanlış olduğunu sübut etmək və bu kimi stereotipləri qırmaqda kömək göstərməkdir. «Tech-Tech Xanim» layihəsinin komandası aparıcı İT mütəxəssislərininin dəstəyi ilə təlimlərin təşkil olunması və Microsoft Azərbaycanın dəstəyi ilə baş tutan imtahanlara girişin təmin olunması vasitəsi ilə xanımların İT sahəsində imkanlarının genişlənməsi uğrunda çalışır, məhz buna görə bütün kursu uğurla başa vurmuş hər bir iştirakçı sertifikatla təltif olunacaq və əldə etdiyi bacarıqları peşəkar səviyyədə tətbiq etmək imkanı əldə edəcəkdir.

Kursda iştirak üçün seçim mərhələsini uğurla keçmiş 50 nəfər iştirakçı seçilmişdir. Lakin bir çox xahişləri nəzərə alaraq seçim mərhələsi 30 sentyabr 2015 tarixinə kimi uzadılmışdır. Kuralsara oktyabr ayında start veriləcək və ən qısa zamanda təlimçilərin cədvəli müəyyənləşdirilərək WoWoman-ın saytında və WoWoman Tech-Tech Xanim layihəsinin rəsmi Facebook səhifəsində yerləşdiriləcəkdir. Kursa yazılmaq istəyənlər aşağıda verilmiş linkə daxil olaraq onlayn müraciət formasını doldurmalıdırlar: goo.gl/forms/cy8FEqSyZy
Tech-Tech Xanim
Təlimlər müvafiq sahədə ən yaxşı İT mütəxəssisləri tərəfindən aparılacaq: 1. Server administrasiyası — Fərhad Kərimov, SOFAR-ın aparıcı İT mütəxəssisi, MCP (Microsoft Certified Professional) 2. Şəbəkə əsasları — Səfər Səfərov, Mars Tech Limited-in Texniki Direktoru 3. Proqram təminatının hazırlanması — Ramin Orucov, Azecell-in İnformasiya Sistemləri Şöbəsinin Rəhbəri 4. Verilənlər Bazasının Administrasiyası — Anar Qocayev, YapikrediBank-ın aparıcı İT mütəxəssisi.

İT bacarıqları işə düzələrkən prioritet hesab olunan tələblərdəndir, texnologiyadan istifadə isə karyera yüksəlişinin mühim şərtlərindəndir. Bu sahə günümüzdə baş verən sürətli dəyişiklikləri tez bir şəkildə qavrayaraq onlara operativ şəkildə reaksiya verir. İT sahəsi sərbəst iş qrafiki və yaradıcı yanaşma sayəsində Azərbaycanda qadınların daha çox məşğulluğuna səbəb ola bilər, və qadınlara bu işdə kömək etmək isə — Tech-Tech Xanimin əsas missiyasıdır.
Tech-Tech Xanim
Tech-Tech Xanim
Tech-Tech Xanim

Aid olduğu bloglar

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
249
Reytinq
1.13

1 şərh

jasonroger
Hamı salam, hekayənizi belə unikal mesajla təsvir etdiyinizə görə təəccüblənirəm. Mən Tech-Tech layihəsinin məqsədi qadınların İT sektorunun inkişaf etdirilməsi, İT bazarında qadınların imkanlarının genişləndirilməsi üçün bir yer yaratmaqdır. Bu gün bu məqaləni oxumaq çox xoşuma gəldi. Əlbəttə, insanların cavabdehlikdən necə aydınlaşdıracağını da bilirsiniz. Böyük sayt və böyük bir mövzu həm də bunu oxumaq üçün ilham aldım. Bizimlə bölüşmək üçün təşəkkür edirik. Xahiş edirik ziyarət edin: India Android App Development

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər