Rockstart Answers Baku Tədbirində İştirak Etməyin 3 Ən Əsas Səbəbi

Bildiyiniz kimi, bu həftənin Cümə günü, sentyabrın 11 Khazar Ventures şirkətinin və Technimum onlayn jurnalının təşkilatçılığı ilə Rockstart Answers Baku tədbiri keçiriləcək.
Rockstart Answers Baku
Bu tədbirin yerli startap ekosisteminin inkişafına dəstək olacağına inanırırq. «Təşəbbüskarlardan Təşəbbüskarlara» sloqanı ilə keçiriləcək bu tədbirdə seçilmiş 5 yerli startap-layihəsi öz çıxışlarını edib maraqlandırdıqları suallara cavab tapmağa çalışacaqlar.

Rockstart Answers Baku Tədbirində İştirak Etməyin 3 Ən Əsas Səbəbi


1) Öyrədin və öyrənin
Sizin təcrübənizə və biliklərinizə ölkədə ehtiyac var. Tədbirdə iştirak edib startaplara rəy bildirməklə siz onlara düzgün istiqamətdə inkişaf etmək üçün kömək etmiş olusunuz. Ən əsası isə, çıxış edəcək hər bir layihənin sizin üçün xüsusi hazırladığı bir sual var. Bu suallar hal-hazırda onların qabağında duran real problemlərdir və öz həllərin gözləyir.

2) Networking
Sağlam yemək və yeni tanışlıqlar sizi gözləyir. Seçilmiş 5 layihənin təsisçiləri ilə, sahibkarlarla, təşəbbüskarlarla, startap təsisçiləri ilə, investorlarla və industriya liderləri ilə tanış olun və sizi maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparın. Bu tədbir maraqlı insanlarla bol olacaq və sizə gələcək əməkdaşlıqlar üçün gözəl imkanlar yaradır.

3) Yeni ideyalarla ruhlanın
Əgər siz tədbirdə iştirak etməyə hazırlaşırsınızsa, demək artıq düzgün istiqamətdəsiniz. Startap ekosisteminin nə dərəcədə vacib və böyük olduğunu dərk edin. Biz sürətlə inkişaf edən proqressiv dünyada yaşayırıq və hər birimiz insanların həyatına yeniliklər və gözəl dəyişikliklər gətirməyə qadirik. Bununla birgə, öz ideyanızı reallaşdırıb şəxsi şirkətinizi idarə etməkdən gözəl nə ola bilər?
Rockstart Answers
Siz də Rockstart Answers Baku tədbirində iştirak edin və ölkədə startap ekosisteminin inkişafına rol oynayın!

Tədbirə iştirak etmək üçün dəvətnaməni buradan əldə edə bilərsiniz: www.eventbrite.com/e/rockstart-answers-baku-1-tickets-18132135706. Tələsin! Dəvətnamələrin sayı məhduddur.

Tədbir 11 sentyabr Yüksək Texnologiyalar Parkında saat 11:00 — 14:00-da baş tutacaq. Ünvan: Nizami k. 203-B, AF Business House, 3-cü m.

Daha ətraflı: Technimum-un təşkilatçılığı ilə YTP-də Rockstart Answers Baku tədbiri keçiriləcək

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
112
Başlıqları
195
Reytinq
6.84

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
241
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər