Khazar Ventures şirkəti Silicon Valley-ə tur təşkil edir

Silicon Valley Khazar Ventures
İnvestorları və sahibkarları texnologiya dünyası ilə daha yaxından tanış etmək üçün, Khazar Ventures şirkəti Silicon Valley-də yerləşən Twitter-dən Linkedin-ə kimi ən nəhəng korporasiyalarına, venture kapitalist şirkətlərinə, biznes inkubatorlarına, universitetlərə və böyük investor/starup icmalarına tur təşkil etməyə başlayır.

Turun proqramı investisiyaların perspektivlərini və Silicon Valley təcrübəsini Azərbaycanda tətbiq etmək üçün bazarın əsas oyunçuları və ən öncül mütəxəssisləri ilə qarşılıqlı əlaqəni təklif edir. İştirakçılar sahibkarlarla, investorlarla, top-menecerlər və texnologiya quruları ilə görüşüb, onlardan təcrübə qazanacaqlar.

Təşkilatçıların sözlərinə görə, turun iştirakçıları Google, Facebook, Twitter, Uber, Evernote və s. şirkətlərinin ofislərini ziyarət edəcəklər.
Silicon Valley Khazar Ventures
May ayında planlaşdırılan 10 günlük turun proqramı intensiv iştirak və vacib məqsədlər daşıyır. Bu məqsədlərə müvafiq təhsil almaq, qlobal düşünmək, Silicon Valley-in bu qədər uğurlu olmasının səbəbini öyrənmək və bu təcrübəni ölkəmizdə tətbiq etmək, dəyərli və müstəsna əlaqələr qurmaq məqsədləri daxildir.

Tur barədə daha ətraflı öyrənmək və proqramın cədvəlinə nəzər yetirmək üçün bura daxil ola bilərsiniz.

Khazar Ventures haqqında
Khazar Ventures startup-lara erkən mərhələdə investisiya yatıran şirkətdir. Hal-hazırda şirkət Azərbaycanın ən innovativ startup-larını maliyyələşdirir. Həmçinin, Khazar Ventures startup-lara biznesin inkişafında, maketinqin qurulmasında və sanəyədə tanıdılmasına dəstək göstərir. Şirkətin məqsədi yerli startup-ların populyarlaşması, regionda və dünyada tanınmasıdır.
Silicon Valley Khazar Ventures
Silicon Valley Khazar VenturesSilicon Valley Khazar Ventures
Texnologiya şirkətlərindən başqa, iştirakçılar Plug & Play, 500 startups, YCombinator, Runway, TechStars, Founderspace və s. biznes inkubatorlarına zirayət, UP Global (startup weekend), Startup Grind, Barclays Ventures və s. icmaları ilə tanışlıq, California Academy of Sciences, Computer History Museum və s. muzeylərinə səyahət, yerli və xarici ulduzlarla görüş, və Startup Conference tədbirində iştirak da daxildir.
Silicon Valley Khazar Ventures
Silicon Valley Khazar Ventures
Silicon Valley Khazar Ventures

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
342
Reytinq
1.13

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
236
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər