“MilliNet 2013” mükafatının qaliblərinin təqdimat mərasimi keçirildi

Azərbaycan İnternet Forumu tərəfindən keçirilən “MilliNet 2013” Milli İnternet Mükafatının qaliblərinin təqdimat mərasimi keçirilib.

12 nominasiya üzrə 319 sayt arasında 4 ay müddətində davam edən yarışmanın qaliblərinə “MilliNet”in əsas mükafatı təqdim olunub.

Korporativ saytlar nominasiyasında qalib “www.cartoon.az” saytı olub,
Ən yaxşı İctimai-sosial saytlar nominasiyasında “www.marketing.az”,
Media və İnformasiya “www.gsr.fm”,
Mədəniyyət, incəsənət və turizm saytları “www.tagmag.az”,
Ailə, uşaq və sağlamlıq “www.qadin.net”,
Asudə vaxt, idman və əyləncə “www.manpasi.az”,
Bloqlar “www.techloq.com”,
Elm və təhsil “www.e-book.az”,
Dövlət və bələdiyyə saytları “www.e-gov.az”,
Xidmət (Servis) “www.manads.az”, İ
stifadəçi kontenti üzərində qurulmuş saytlar
www.imho.az”,
Ən yaxşı sosial şəbəkə səhifəsi “www.facebook.com/azadliqradiosu” qalib olublar.

Qaliblərə və fərqlənənlərə həmçinin qiymətli hədiyyələr və diplomlar verilib. “MilliNet”in qaydalarına uyğun olaraq münsiflərin hər bir nominant üzrə verdiyi qiymətlər təqdimat mərasimindən sonra açıqlanacaq.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və “Delta Telecom” şirkətinin dəstəyi ilə keçirilən Milli İnternet Mükafatının baş sponsoru “Azercell Telekom” şirkəti olub.

Aid olduğu bloglar

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
241
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər