Bakıda web texnologiyalar mövzusunda beynəlxalq konfrans keçiriləcək


Press-reliz: İKT sahəsinin durmadan inkişaf etdiyi müasir dövrdə yeni əlaqələr yaratmaq, təhsil mübadiləsini genişləndirmək, beynəlxalq əməkdaşlıqlar olduqca vacibdir. Bu səbəbdən 6-7 İyul 2013 tarixində Azərbaycan və Gürüstandan olan təşkilatçıların birgə əməkdaşlığı nəticəsində web texnologiyalar mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Gürcüstan Universitetinin “UG-Group”u və Azərbaycanın təhsil portalı olan “İlk Addımlar”ın təşkilatçılığı ilə keçiriləcək web konfransda Facebook, Yandex, Oracle,Microsoft, Softline, ITDC kimi dünyaca məşhur şirkətlərin rəsmi nümayəndələri iştirak edəcək.

Konfransı keçirməkdə təşkilat komandasının məqsədi belə bir konfransı reallaşdırmaqla beynəlxalq və yerli ekspertlərin öz təcrübələrini gənc proqramçılara ötürməsinə yardımçı olmaq, faydalı informasiya mübadiləsini genişləndirməkdir.

Bundan əlavə konfransın əsas məqsədi yeni əlaqələrin qurulması, yerli mütəxəssislərin iş keyfiyyətinin yüksəldilməsi, dünya üzrə web inkişaf sahəsində Qafqaz regionunun aktiv iştirakçılarını nəzərə çarpdırmaq, Azərbaycanın İKT sahəsində dünyaya daha çox inteqrasiyasını təmin etməkdir.

Konfransla bağlı ətraflı məlumat üçün: caucasuswebcon.com ünvanına müraciət edə bilərsiniz

Aid olduğu bloglar

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
241
Reytinq
1.13

3 şərh

ayselnesirli
Salam.unvani diye bilersiz harda kecirilecek?
Shaig
Xəzə Universitetində olacaq:
Khazar University, 122 Bashir Safar-Oghlu, Bakı, Azərbaycan
Jatindasgupta
Salam, bu, Gürcüstan Universitetinin UG-Group və Azərbaycan tərəfindən həyata keçirilən böyük təşəbbüsdür. Çünki bu tədbirlər tanınmış bir şirkətin uğurlu şəxsləri ilə təcrübə mübadiləsi zamanı gənc proqramçılara kömək edir. Bu, onların şəxsi səyahətinə aid ola biləcəyi üçün mənəviyyatını artıracaq. Yazı yolu ilə mən də təsirləndim. Məni hər zaman bağladı. Yaxşı işi saxlayın. Xahiş edirik ziyarət edin:: SEO Experts India Reviews

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər