"WinPhone 2" müsabiqəsinin final mərasimi keçirilib


13 Martda «JW Marriott Absheron» otelində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, «Bakcell»in baş sponsorluğu, «Microsoft Azerbaijan», «Nokia» və «Mobitel»in təşkilati dəstəyi ilə keçirilən «WinPhone 2» müsabiqəsinin final mərasimi keçirilib.

Tədbirdə çıxış edən Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini Elmir Vəlizadənin bu müsabiqənin İKT sahəsinin inkişafına böyük töfhə olduğunu bildirib. Onun sözlərinə görə, bu layihə ölkənin İT sahəsi üzrə peşəkar kadrlarla təmin edilməsi və sözügedən sahənin daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli rol oynayacaq:

«Bu günlərdə isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əsasnamə təsdiqlənib. Ümumiyyətlə, „İKT ili“ çərçivəsində xeyli tədbirlərin reallaşması nəzərdə tutulur ki, bu tədbirlərə digər dövlət qurumları da cəlb ediləcək».

Müsabiqənin baş sponsoru «Bakcell» şirkətinin marketinq şöbəsinin direktoru Aynur Abjanova isə öz çıxışında layihəyə dəstək olmaqdan məmnunluqlarını ifadə edib: “Gənclərin bu layihəyə göstərdiyi maraq və aktiv iştirakdan çox məmnunuq. Məndə olan məlumata görə, hətta burda bəzi iştirakçılar müsabiqəyə 2 və daha artıq tətbiq təqdim ediblər. Bu çox sevindirici haldır. “Bakcell” şirkəti olaraq gələcəkdə də Azərbaycanda İKT sahəsinin inkişafına yönəlik bu cür layihələrə dəstək verməyə davam edəcəyik”.

Azərbaycanda informatika üzrə olimpiadaların əsasını qoyan, beynəlxalq informatika olimpiadalarında Azərbaycan komandasının rəhbəri, BDU-nun dosenti Ramin Mahmudzadə də tədbirdə çıxış edərək, gənc proqramçılara tövsiyələrini verib:

«Gənc proqramçıların peşəkarlaşması hələ qabaqdadır. Statistika göstərir ki, bu sahəni seçən 100 insandan yalnız ikisi tam proqramçı kimi püxtələşə, lazımi nəticəyə nail ola bilir. Proqramlaşdırma da yaradıcılıq tələb edən sahədir və bu sahədə mütəxəssis kimi yetişmək üçün ilk növbədə ciddi intizama riayət etmək, geniş təxəyyülə malik olmaq vacibdir».

«Microsoft Azərbaycan şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov isə çıxışında, gənc istedadların aşkarlanaraq üzə çıxarılması baxımından bu müsabiqənin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Mobitel» şirkətinin kommersiya direktoru Cümşüd Əliyev isə layihənin aktuallığından və səmərəliliyindən söhbət açıb: “Həyatımızın bir hissəsinə çevrilmiş mobil cihazlardan daha da səmərəli istifadə etmək üçün çoxlu sayda əlavə proqramlara ehtiyac var. Azərbaycan gənclərinə bu istiqamətdə hər zaman dəstək olmağa və bacardığımız köməkliyi göstərməyə daim hazırıq”.

«Hackathon Azərbaycan» layihəsinin rəhbəri Rəşad Əliyev isə müsabiqəyə 81 nəfərin qoşulduğunu, onların arasından seçilən 11 nəfərin 16 tətbiq yaratdığını qeyd edib. Daha sonra müsabiqə qaliblərini «Mobitel» şirkəti tərəfindən əsas mükafatlar təqdim olunub.

1-ci yer: Rüfət Babakişiyev — «Aztvgram» tətbiqi ilə Microsoft Surface,

2-ci yer: Önər Əlili — «azinfomap» tətbiqi ilə Nokia Lumia 920,

3-cü yer: Rəşid Əliyev — «Bakcell App» tətbiqi ilə Nokia Lumia 820 mükafatına layiq görülüblər.

Qaliblərə həmçinin, «Bakcell», «Microsoft Azerbaijan», “Think” və "İnfipro" şirkətinin xüsusi hədiyyələri də təqdim olunub.

Qeyd edək ki, «Hackathon» layihəsi çərçivəsində keçirilən və mobil tətbiq müəllifləri üçün nəzərdə tutulan «Win Phone 2» müsabiqəsinin təşkilatçısı "İlk Addımlar" elektron tədris layihəsidir. Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanda «Windows 8» platformasında mobil tətbiqlərin sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir.

«Hackathon» — haker neologiyasıdır və proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. «Hackathon»un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hakerlərə öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaq imkanının verilməsidir.

Fotolar:






Aid olduğu bloglar

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
241
Reytinq
1.13

1 şərh

Millenium
Buda 3-cü yeri tutmuş proqramım: www.windowsphone.com/en-us/store/app/bakcell-app/cf3f2e59-c384-4e5d-8a35-59c9eafca220

Windows Phone-u olanlar və Bakcell stifadəçiləri yükləyə bilərlər. Azərsell-də yükləyə bilər ;)

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər