"Win Phone 2" müsabiqəsinə start verildi


Press-reliz: 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ölkədə bu sahənin daha da inkişaf etməsinə təkan verir. Bu dəstəkdən mənəvi ruhlanaraq, İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan “Hackathon Azerbaijan” layihəsi çərçivəsində daha bir müsabiqəyə start verilir. Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyi, “Bakcell”in baş sponsorluğu, “Microsoft Azerbaijan”, “Nokia” və “Mobitel”-in təşkilati dəstəyi ilə keçirilən müsabiqənin təşkilatçısı “İlk Addımlar” elektron tədris layihəsidir.

Mobil tətbiq müəllifləri üçün nəzərdə tutulan«Win Phone 2» adlı növbəti müsabiqə 21 yanvar – 10 mart 2013-cü il tarixlərini əhatə edəcək.

Müsabiqənin Təşkilat Komitəsindən verilən məlumata əsasən, yarışmanın keçirilməsində əsas məqsəd Azərbaycanda “Windows 8” platformasında mobil tətbiqlərin sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir. Yarışmaya iştirakçı olaraq qatılma şərtləri isə çox sadədir. Bunun üçün 21-31 yanvar 2013-cüi il tarixləri arasında www.hackathonazerbaijan.org saytına daxil olaraq, qeydiyyatdan keçmək kifayətdir. Qeydiyyatdan keçən şəxslərin müsabiqədə iştirakçı olaraq təmsil olunmaları müvafiq seçim əsasında müəyyənləşəcək.

Cari ilin fevral ayının 3-də isə yarışmada iştirak hüququ qazanan iştirakçılar üçün ilk təlim reallaşdırılacaq. Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

Aid olduğu bloglar

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
241
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər