"Win Phone" müsabiqəsinin finalçılarının seçim turuna start verildi


Press-reliz: Daha öncə də məlumat verdiyimiz kimi, “Microsoft Azərbaycan”, “Nokia” və “Nokia”nın Azərbaycandakı rəsmi distribyutoru «MobiTel» şirkətlərinin dəstəyi ilə reallaşan Hackathon” layihəsi çərçivəsində keçirilən «Win Phone» müsabiqəsinin seçim turu başa çatıb.

Seçim turundan uğurla keçən tətbiq müəllifləri 14 oktyabr 2012-ci il tarixində ISR Plazanin Xezer zalında öz «beyin işləri»ni müsabiqənin münsiflər heyətinə xüsusi təqdimat formasında nümayiş etdiriblər. Münsiflər 8 müəllifin müsabiqəyə təqdim etdiyi tətbiqləri 2 həftə ərzində qiymətləndirəcək.

“Hackathon Azərbaycan” layihəsinin rəhbəri Rəşad Əliyevin məlumata əsasən bu müsabiqə layihə çərçivəsində Azərbaycanda bu günədək reallaşdırılan ən sürətli və qısa müddətli müsabiqədir.

R.Əliyev həmçinin, müsabiqənin final mərasiminin də cari ayın sonuna yaxın gerçəkləşəyini bildirdi: «Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur. Yarışmanın keçirilməsində əsas məqsəd Azərbaycan dilində, Windows platformasında mobil proqramların sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir».

Məlumat üçün qeyd edək ki, müsabiqənin təşkilatçıları “İlk Addımlar” elektron təhsil layihəsi və wpblog.az saytıdır. Müsabiqənin informasiya dəstəkçiləri www.lent.az, www.trend.az, www.mobiz.az, www.weboxu.com və "Infocity" jurnalıdır.

Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.




Aid olduğu bloglar

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
241
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər